Bakının bu teatrı “Buratino”ya baxmağa dəvət edir

Bakının bu teatrı “Buratino”ya baxmağa dəvət edir, Javid

“Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək

Bakucity.az xəbər verir ki,  aprelin 7-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrı görkəmli rus yazıçısı Aleksey Tolstoyun 1936-cı ildə qələmə aldığı “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşası ilə balaca teatrsevərlərin görüşünə gələcək.

Yaradıcı gənclərə dəstək məqsədilə səhnəyə qoyulan tamaşanın bədii rəhbəri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevdir. Dünyanın bir çox teatr məkanlarında tamaşaçılara müxtəlif versiyalarda göstərilən oduncaq adam - Buratino haqqında rəvayətlər bu dəfə Musiqili Teatrın gənc rejissoru Elməddin Dadaşovun quruluşunda və fərqli şəkildə təqdim olunacaq. Qeyd edək ki, istedadlı rejissor 2011-ci ildə bu tamaşanı Musiqili Teatrın nəzdində fəaliyyət göstərən Uşaq Yaradıcılıq Studiyasında səhnəyə qoyub. Tərcüməsi Əməkdar artist Nicat Kazımova aid olan Buratino haqqında məşhur nağıla o, indi tamam fərqli aspektdən yanaşıb.

Gözəl musiqilərlə müşayiət olunan, rəngarəng səhnə dekorasiyası ilə zövq oxşayan “Buratino”nun maraqlı süjet xətti var. Tənha qoca Karlo kiçik daxmasında oduncaqdan insan fiquru düzəldir, lakin həmin əşya canlıya çevrilir. Uzun burnu olan, şıltaq, inadkar, bu qeyri-adi taxta oğlan - Buratino atası hesab etdiyi Karlonu çox sevsə də, nəzakət qaydalarından çox uzaq, tənbəl, dərs oxumağı sevməyən biridir. Yaxşı cəhətləri isə, sadiq dost olmağı bacarmağı və macəra dolu təhlükəli anlarda meydana cəsur igid kimi atılmağıdır. Hətta Karlonun daxmasında yaşayan danışan cırcırama da Buratinoya məktəbə getməsi, savad alması, ağıllı olması barədə məsləhət verir. Lakin o, məsləhətdən imtina edir. Bir gün Karlo tənbəl oğlunu ruhlandırmaq üçün ona “Əlifba” kitabı alır ki, bəlkə onu məktəbə göndərə bilsin. Buratino isə yolda kukla teatrının aktyorlarını görüb, fikrini dəyişərək tamaşaya getmək qərarına gəlir. Karlo onun istəyini yerinə yetirir və teatra bilet alır. Beləliklə, Buratinonun həyatında yeni bir səhifə açılır, o, səyyar kukla teatrının tamaşaçısına çevrilir. Bəs, daha sonra nələr olur? “Buratino” tamaşasına baxanlar bu sualın cavabını tapa biləcəklər

Əməkdar artistlər Səmayə Musayeva, Nahidə Orucova, aktyorlar Möylə Mirzəliyev, Məhərrəm Qurbanov, Gülnarə Abdullayeva, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Telnaz Hüseynova, Gülnarə Əzizova, Hüseyn Əlili, Səmədzadə Xasıyev, Zaur Əliyev, Mehriban Rəcəbova, Elnarə Nağdəliyeva, Gülçöhrə Abdullayeva, Nərmin Əliyeva, Eleanora Mehdiyeva, Rauf Babayev, Yuliya Heydərovanın ifa etdikləri maraqlı rollar balaca tamaşaçıları əsl möcüzələr aləminə aparacaq.

Səhnə əsərinin quruluşçu rejissoru və musiqi tərtibatçısı Elməddin Dadaşov, quruluşçu rəssamı Vüsal Rəhim, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Yelena Ağayevlər, konsertmeysteri Fidan Babayeva, rejissor assistenti Sevinc Məmmədovadır. (AzərTac)

Bakucity.az

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib. "Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin...
Cəmiyyət
Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib. BakuCity.az xəbər verir ki, V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib. “Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməl...
Cəmiyyət
Mütəxəssis orduya dəstək nümayiş etdirib.  "Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır. BakuCity.az xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olar...
Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. BakuCity.az sözügüdən bəyanatı təqdim edir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə v...
Cəmiyyət
Azərbaycanda koronavirusun bitəcəyi tarix açıqlanıb. Bu gün bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də gündəlik yoluxma sayı artmaqdadır. Hətta bir neçə gün öncə yoluxanların sayı 950-yə yaxınlaşmışdı. Bu gün bir çoxlarını maraqlandıran məsələ koronavirusun nə zaman bitəcəyidir. BakuCity.az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, insanlarımız karantin qaydalarına əməl etmə...
Cəmiyyət
"Azərbaycanın bu hərbi əməliyyatı tarixə düşəcək". BakuCity.az xəbər verir ki, bunu rusiyalı ekspert, jurnalist Maksim Şevçenko öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan ordusunun uğurlarından və erməni qoşunları ilə silahlı toqquşmalarda qələbələrindən heyranlıq duyduğunu bildirib: “Azərbaycan ordusu Laçına yaxınlaşır. Erməni ordusunun müqavimət göstərməsi demək olar ki, mümkün deyil. Bu hərbi əməliyyat müharibələr tarixində yerini alacaq”. (metbuat....
Cəmiyyət
Ordumuz adekvat tədbirlər görür. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq, yalnız adekvat tədbirlər görür. BakuCity.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında qeyd edilib: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginlə...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”. BakuCity.az
Cəmiyyət
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Müdafiə Nazirliyindən BakuCity.az verilən məlumata görə, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. BakuCity.az