Bakı-Quba-Rusiya Federasiyası yolunda təmir aparılacaq

Bakı-Quba-Rusiya Federasiyası yolunda təmir aparılacaq, Javid

Yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.

Bakucity.az xəbər verir ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Şabran rayonu ərazisindən başlayaraq Bakı şəhəri istiqamətində əsas hərəkət zolaqları üzrə təmir aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən  verilən xəbərə görə, aparılacaq təmir işləri ilə əlaqədar yol boyu sürət həddi 70 km/saat-a qədər endirilir.

Sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Bakucity.az

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər