Bakıda bu Universitetinin tələbələri pulsuz müayinə olunacaq

Bakıda bu Universitetinin tələbələri pulsuz müayinə olunacaq, Javid

Tələbələrlə bağlı mühüm qərar verilib.

Azərbaycan Tibb Universitetinin Elmi Şurasının növbəti iclasında tələbələrlə bağlı mühüm qərar verilib.

Universitetdən Bakucity.az-a verilən məlumata görə, Şuranın qərarına əsasən, Tibb Universitetində təhsil alan tələbələr ATU-nun klinikalarında ödənişsiz müayinə olunacaqlar.

Bu qərar tələbələrin sosial rifah halının daha da yaxşılaşmasına, onların xərclərinə qənaət etməsinə kömək edəcək. Aksiya həm də səhhəti ilə bağlı problemi olan tələbələrə dərhal tibbi yardım göstərilməsinə, onların problemlərinə daha operativ müdaxilə olunmasına kömək edəcək.

Bakucity.az

Tibb Universiteti
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər