“YUĞ” Bakıda yenidən “Şok” göstərəcək

“YUĞ” Bakıda yenidən “Şok” göstərəcək, Javid

“Şok” tamaşası aprelin 14-də təqdim ediləcək

Azərbaycan Dövlət “YUĞ” Teatrının yaradıcı kollektivi türkiyəli yazıçı-dramaturq Turqay Narın “Zibillik” pyesi əsasında hazırlanmış “Şok” tamaşasını aprelin 14-də təqdim edəcək.

Bakucity.az xəbər verir ki, rejissor Günay Səttarın quruluşu əsasında baxılacaq tamaşanın musiqi bəstəsi Amid Qasımova və Mələk Vəlizadəyə, səhnə dizaynı Əməkdar incəsənət xadimi Rəşid Şərifə məxsusdur.

Pyesi Azərbaycan dilinə dramaturq Mehman Musabəyli tərcümə edib.

Janrı eqosentrik transaksiya kimi təyin olunan səhnə əsərində rolları aktyorlar Oqtay Mehdiyev, Rasim Cəfər, Amid Qasımov, Vüqar Hacı, Təranə Atacan və Zümrüd Qasımova ifa edəcək. Səhnə əsəri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında göstəriləcək.

Tamaşa müharibələrdən, xaosdan, rasional və irrasional dünyanın qlobal təhlükə və dinamikasından ani zaman kəsiyində uzaqlaşmaq, arınmaq, düşünə bilmək və ən başlıcası dünyamızın gözəl olduğunu anlamaq üçün bir teatr oyunudur. (AZƏRTAC)

Bakucity.az

“YUĞ” Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər