Bakıda keçirilən festivalın qalibləri məlum oldu - FOTO

Festival Ümumdünya Fiziki Aktivlik Gününə həsr olunmuşdu

Bakucity.az xəbər verir ki, 6 Aprel – Ümumdünya Fiziki Aktivlik Günü münasibətilə keçirilən festival 5 apreldə Yasamal rayonunda yerləşən Hüseyn Cavid adına parkda reallaşıb.

“HərəkətdəSƏN, kreativSƏN” şüarı altında baş tutan festival Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Yasamal rayon İcra Hakimiyyəti, İSİM və “İnkişaf naminə idman” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilib. 

2013-cü ildən başlayaraq hər il Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Bakının Nərimanov, Binəqədi, Xəzər, Suraxanı, Xətai rayonlarında keçirilmiş Gənclərin Sağlamlıq Festivalı bu dəfə də ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. 

Festivala müğənni Samira və Murad Arifin ifaları ilə start verilib. Sonra parkın bir neçə yerində müxtəlif idman bölmələri fəaliyyətə başlayıb və nümunəvi çıxışlar göstərilib. Tədbirin aparıcısı Sənan Şəfizadə olub. 

Tədbirin rəsmi hissəsində Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Rahim Əliyev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini İntiqam Babayev çıxış edərək, qeyri-infeksion xəstəliklərələ mübarizədə fiziki aktivliyin əhəmiyyətini vurğuladılar və Sağlamlıq Festivalının məqsədinin gənclər, xüsusilə də məktəblilər arasında fiziki aktivliyi, sağlam həyat tərzini təbliğ etmək olduğunu bildiriblər.

Daha sonra mədəni-kütləvi tədbirdə 2019-ci ilin fevral ayından başlayaraq Yasamal rayonu tam orta məktəbləri arasında keçirilən yarışlarda seçilən 5 tam orta məktəbin şagirdləri, o cümlədən əlilliyi olan gəncləri fiziki aktivliklə bağlı bir sıra müsabiqələr, şən, təhlükəsiz, inklüziv estafetlər və yarışlarda iştirak ediblər.

Tədbir zamanı gənclərə futbol, basketbol, akrobatika, yüngül atletika, boks üzrə fəaliyyətlər təqdim olundu.

158 nömrəli məktəb I yer, 225 nömrəli məktəb II yer, 21 nömrəli məktəb isə  III yer yer üzrə diplom, kubok və başqa hədiyyələrlə mükafatlandırılıblar. 

yarışda iştirak edən 153 nömrəli məktəb IV, 53 nömrəli məktəb isə V yerə sahib olublar.  

Qeyd edək ki, artıq ənənəyə çevrilən Gənclərin Sağlamlıq Festivalı “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı və “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”sına uyğun olaraq əhaliyə sağlam həyat tərzini aşılamaq, fiziki aktiv olmağın sağlamlığa olan faydaları barədə ictimaiyyəti bir daha məlumatlandırmaq məqsədi daşıyır. 

Sağlamlıq Festivalı çərçivəsində, həmçinin, əhalinin fiziki aktivliklə bağlı məlumatlandırılması məqsədilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış maarifləndiririci materiallar paylanılıb.

Bakucity.az

Festival
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakı şəhərinin Nərimanov rayonunda "İveco" markalı iki sərnişin avtobusu toqquşub. BakuCity.az xəbər verir ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtobuslardan birində sıxılı vəziyyətdə qalan sürücünü deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Qeyd edək ki, qəza nəticəsində yolda böyük tıxac yaranıb. Daha sonra yolda hərəkət birtərəfli bərpa olunub. Qəza etmi...
Cəmiyyət
Dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsasında əmək müqaviləsinə xitam verilmiş şəxslər üçün sığorta stajı üç ildən bir ilədək azaldılır. BakuCity.az xəbər verir ki, bununla bağlı “İşsizlikdən sığorta haqqında” qanunun 13.2.2-ci maddəsinə dəyişikliyi nəzərdə tutan layihədə yazılıb.  Həmin maddəyə əsasən, işsizliyin başlanmasından əvvəlki 24 təqvim ayı ərzində 12 təqvim ayından az, lakin ən azı ü...
Cəmiyyət
"Azərbaycanda mağazaların yoluxma riskini artırması çox aşağıdır. Supermarketlərin içində insanların çox olmasına baxmayaraq bu dövrdə yoluxma artmayıb. Yoluxma yalnız sıx təmas açıq-aşkar olduqda arta bilir". BakuCity.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib. N. Seyidov bildirib ki, paltar mağazalarının açılması bir çox ölkələrdə yoluxma sayının artmasına səbəb kimi göstərilmir:...
Cəmiyyət
Kanadada Koronavirusun ardından Salmonella virusu paniki başlayıb. BakuCity.az xəbər verir ki, Kanada Xalq Sağlamlığı Agentliyi, ABŞ-dan gətirilən qırmızı soğanın tərkibində Salmonella bakteriyası ola biləcəyini xəbərdar edib. Agentlik, iyun ayından bəri cəmi 5 ştatda bir çox hadisənin təsbit edildiyini və xəstəlik adətən 6 ilə 72 saat arasında təsir göstərdiyini bildirib. Qeyd olunur ki, bu virus daha dəhşətli ola bilər. (sonxeber.az) BakuCity.az
Cəmiyyət
Bakıda çimərliklərdəki yerlər üçün onlayn sifariş sistemi istifadəyə verilib. BakuCity.az xəbər verir ki,  test rejimində işləyən cimerlik.az portalına bu günə qədər ümumilikdə 1500 yer olmaqla Bakının Binəqədi, Qaradağ, Sabunçu, Səbail, Suraxanı və Xəzər rayonlarındakı çimərliklərin siyahısı (ümumilikdə 66 çimərlik) yerləşdirilib, həmin çimərliklərdəki yerlərin sayı qeyd olunub. Müvafiq yer seçildikdən sonra şəxsiyyət vəsiqəsinin FİN kodu ilə qeydiyyatdan...
Ekologiya
Bakıda 3 avqustda gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təz...
Cəmiyyət
Paytaxtda COVID-19 partlayışı yaşanacaq. “Virusdan qorunmaq üçün aparıcı faktor qoruyucu vasitələrin istifadə olunması və sosial məsafənin gözlənilməsidir. Dünənki izdihamda minlərlə insan var idi, onların əksəriyyəti qoruyucu vasitələrdən istifadə etməmişdi, maska taxmamışdı, təbii ki, orda 2 m sosial məsafədən söhbət gedə bilməzdi, böyük sıxlıq yaranmışdı”. BakuCity.az xəbər verir ki, bu sözləri  açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman Ordumuza...
Cəmiyyət
Ermənilərin Kanadada yaşayan həmvətənlərimizə qarşı təxribatı davam edir. BakuCity.az xəbər verir, Kanadanın ən böyük şəhərlərindən biri olan Torontonun "North York” bölgəsində 7 nəfər erməni 2 həmvətənimizə hücum edərək soydaşlarımıza soyuq silahlarla xəsarət yetiriblər. Bununla yanaşı, soydaşlarımızın avtomobilləri də yararsız hala salınıb. Şahidlərinin sözlərinə görə, ermənilərdə silah, kəsici alət və dəyənək olub. Hadisə ilə əlaqədar Toronto polisi əra...
Cəmiyyət
"Karantin rejiminin yumşaldılması ilə bağlı tələsmək olmaz". Üç gün sonra, avqustun 4-də Bakı və ölkənin daha bir çox yerlərində sərt karantin rejimi başa çatmalıdır. Ölkə paytaxtı və bəzi bölgələrdə karantinin sərtləşməsinə iyunun 21-dən başlanıb. Bu həftənin əvvəllərində gündəlik yoluxmada müəyyən artım yaşansa da, artıq koronavirusa yoluxanlardan aşkarlanan xəstələrin sayı təkrar azalmaqdadır. İyul ayının ortlarından etibarən isə Azərbaycanda sağalanlar...