Bakıda fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan konqres keçiriləcək

Tədbirdə 4 panel təqdim olunacaq 

Bakucity.az xəbər verir ki, aprelin 6-da Heydər Əliyev Mərkəzində fərqli inkişaf özəllikləri olan uşaqlara həsr olunan 1-ci “Fərqli Fərdlər” konqresi keçiriləcək.

Konqresin məqsədi ictimaiyyətin diqqətini fərqli özəllikləri olan uşaqların inkişafına və təlim-tərbiyəsinə yönəldərək valideynlər, mütəxəssislər və pedaqoqlar arasında dialoq qurmaq və inklüziv cəmiyyətin dövlət tərəfindən müəyyənləşdirilmiş inkişaf təmayülünü dəstəkləməkdir.

Tədbirdə Autizm spektr pozuntusu, Diqqət çatışmazlığı və Hiper-aktivlik sindromu, Turet sindromu və Daun sindromu olmaqla 4 panel təqdim olunacaq. 

Valideynlərin emosional tükənməsi və bunu aradan qaldırma üsulları mövzusuna isə konqres çərçivəsində ayrı panel həsr olunacaq.

Konqresdə dövlət strukturları, müəllimlər, həkimlər və fərqli inkişaf özəllikləri olan insanlar ilə iş üzrə mütəxəssislər iştirak edəcəklər. 

Həmçinin konqresdə Autizm spektr pozuntusu olan şəxslərə dəstək mərkəzinin (Rusiya) rəhbəri Antonina Steynberq özü haqqımda danışacaq, özünü dəstəkləmək / təşviq etmək bacarığı və Autizm spektr pozuntusu olan fərdlərin sosiallaşması mövzusunda çıxış edəcək. Konqresin xüsusi qonağı qismində daun sindromlu inklüziv teatr studiyasının aktyoru Vlad Sanotskiy çıxış edəcək.

Fərqli inkişaf özəllikləri olan uşaqlara həsr edilən 1-ci “Fərqli Fərdlər” konqresi Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev Fondunun, Heydər Əliyev Mərkəzinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət komitəsinin və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə keçiriləcək.

Arzu edən könüllülər tədbiri dəstəkləyə bilər. Bütün maraqlanan şəxs və şirkətlər tərəfdaşlığa dəvət edilir ([email protected]; [email protected]). 

Konqresin təşkilatçıları “CEO” şirkəti, Edutainment.az təhsil strukturu və Famtram.az ailə portalıdır.

Qeyd edək ki, aprel ayı ənənəvi olaraq bütün dünyada autizm barədə məlumatlandırma işlərinə həsr olunur. 

Bakucity.az

konqres
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
4 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Manevr qaydalarını pozur Bakıda avtoxuliqanlıq edən şəxs qanunsuz hərəkətini videoya çəkərək sosial şəbəkədə paylaşıb. BakuCity.az xəbər verir ki, Ziya Bünyadov prospektində hərəkətdə olan 99-UB-207 qeydiyyat nişanlı "VAZ 2107" markalı avtomobilin sürücüsü manevr qaydasını pozaraq digər sürücülərə təhlükə yaradıb. Həmçinin oxu: Bakıda 5 avtomobil toqquşdu: sürücülər arasında dava düşdü - VİDEO Avtoxuliqan bu hərəkəti ilə başqa avtomobillərin normal hərəkət...
Hadisələr
Yaşlı qadın meyiti aşkarlanıb Bakıda meyit tapılıb. BakuCity.az APA-ya istinadən verdiyi məlumata görə, hadisə paytaxtın Nizami rayonu ərazisində qeydə alınıb. Küçədən təxminən 70 yaşlarında qadın meyiti aşkar edilib. Aparılan araşdırmalara nəticəsində meyit tapılan şəxsin, 1944-cü il təvəllüdlü Səmədova Svetlana Absəməd qızı olması müəyyən edilib. BakuCity.az
Cəmiyyət
Ana qızının könüllü qaçdığına inanmır Bakıda 21 yaşlı qız 40 yaşlı evli və uşaqlı kişi ilə birlikdə yoxa çıxıb.  BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, Yeganənin qoşulub qaçdığı şəxs anasının müdirəsinin əridir. Evli kişiyə qoşulub qaçan tələbənin anası "Səni axtarıram" proqramına çıxaraq qızının könüllü qaçdığına inanmadığını bildirib. Ana qızının geri qayıtması üçün göz yaşları ilə yalvarıb. Yeganə universitetin 4-cü kurs tələbəsidir. BakuCity.a...
Hadisələr
Hadisə yerinə xilasedicilər cəlb olunub Bakının Nəsimi rayonunda bir nəfər özünü hündürmərtəbəli binadan atmaq istəyib. BakuCity.az xəbər verir ki, bu barədə hadisə şahidləri Baku.ws- bildiriblər. Hadisə paytaxtın Nəsimi rayonu ərazisində, Mirəli Qaşqay küçəsindəki çoxmərtəbəli binaların birində qeydə alınıb. Məlumat daxil olan kimi hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub. Xilasedicilərin səyi nəticəsində intihar etmək istəyə...
Cəmiyyət
"Elə gün yoxdur ki, avtobus qapıları açıq hərəkət etməsin" “Hər səhər 29 nömrəli marşrut avtobusu qapısı açıq şəkildə hərəkət edir, insanlar da içindən acımış xəmir kimi daşırlar”. BakuCity.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində Nəsimi rayon sakini Gülnarə Abbasova deyib. Şikayətçi bildirib ki, hər gün işə Badamdar-Avtovağzal marşrutu ilə işləyən 29 nömrəli avtobusla gedir: “Ancaq buna getmək demək olmaz. Mənzil başına çatana kimi sıxlıqd...
Hadisələr
Münaqişəyə münasibətlərə son vermək qərarı səbəb olub Bakının Sabunçu rayonunda 24 yaşlı qadının vəhşicəsinə öldürülməsinin detalları məlum olub. Xatırladaq ki, 28 yaşlı Cəmşidzadə Dönməz Qabil oğlu Zabratda kirayədə qaldığı mənzildə birgə yaşadığı Mahmudova Afərim Vidadi qızını qətlə yetirib. Daha sonra Gəncəyə yola düşən qatil səhərisi gün polis orqanlarına təslim olub. BakuCity.az-ın məlumatına görə, hüquq-mühafizə orqanlarından Oxu.az-a bildirilib ki,...
Cəmiyyət
Restoran isə faktı təsdiqləmir Bir neçə gün əvvəl Bakıda "Şahənşah" restoranındakı zəhərlənmə ilə bağlı bəzi təfərrüatlar məlum olub. BakuCity.az-ın məlumatına görə, bəyin qardaşı Taleh Şəmsəddin oğlu Məhəmmədov Trend-ə bildirib ki, toyda ən azı 10 nəfər zəhərlənib: "İlk zəhərlənənlərdən biri dayım oğlunun ailəsi olub. Həmin şəxsin də bir neçə gün əvvəl toyu olub və xanımında zəhərlənmə daha ciddidir. Təcili yardıma müraciət etdikdən sonra onlar Leyla Şıxl...
Ekologiya
Hava rütubətli olacaq Noyabrın 19-da Bakıda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, lakin gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 11-13 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütu...
Hadisələr
İtkin düşən şəxs idarə rəisinin qardaşıdır Xəzər dənizində neftçi itkin düşüb. BakuCity.az “Qafqazinfo”ya istinadən verdiyi məlumata görə, Neftçilərin Hüquqlarının Müdafiə İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı bildirib ki, Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasında İlqar Şərifov adlı şəxs balıq tutarkən suya düşərək həlak olub. Məlumata görə, İ.Şərifov SOCAR-ın Maliyyə və Uçot İdarəsinin rəisi Vüqar Şərifovun qardaşıdır. SOCAR-ın mətbuat katib...