Qəza Aeroport şosesində baş verib
Bakucity.az xəbər verir ki, aprelin 5-də Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslərin şəxsiyyəti müəyyənləşib.
Yaralananlardan biri 1971-ci il təvəllüldlü Əhmədov Bəxtiyar İslam oğludur.
Yaralıya döş qəfəsinin əzilməsi diaqnozu qoyulduqdan sonra ilkin tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Hadisə nəticəsində xəsarət alan digər şəxs isə 1978-ci il təvəllüdlü İsgəndərov Elnur Rasim oğludur. O, döş qəfəsinin əzilməsi, alt çənənin sıyrılması diaqnozu ilə xəstəxanaya çatdırılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.
Bakının Aeroport şosesində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qeyd edək ki, qəza zamanı "Daewoo” və "VAZ 2107” markalı avtomobillərin toqquşması təsirindən "Jiquli” aşmışdı. Hadisə nəticəsində isə "VAZ 2107”də olan 2 nəfər xəsarət almışdı. Oxu.az
Bakucity.az
https://bax.tv/player/59173.html