Bakıda 10 milyonuncu azərbaycanlı doğuldu

Bakıda 10 milyonuncu azərbaycanlı doğuldu

Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub

Bakucity.az xəbər verir ki, 2019-cu il aprelin 6-da saat 03:30-da Bakı şəhərində ölkənin 10 milyonuncu sakini doğulub.

Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir.

Qeyd edək ki, körpənin atası hazırda Bakıda polis əməkdaşı, anası isə məktəblərin birində müəllimə vəzifəsində çalışır.

Bakucity.az

10 milyonuncu sakin
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər