Problemli kreditləri ödəyən zaminlərin nəzərinə - AÇIQLAMA

"Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin"

Bakucity.az xəbər verir ki, iqtisadçı ekspert Vüqar Bayramov problemli kreditlərə kompensasiyaların verilməsi ilə bağlı təqdim olunan mexanizmdə bir sıra məsələlərin yenidən nəzərə alınmasını vacib hesab edib. Ekspert bu barədə açıqlamanı qafqazinfo.az-a veriv.

O, bildirib ki, kredit öhdəliyini yerinə yetirmiş zaminlərə kompensasiyanın ödənilməsi mexanizminin təkmilləşdirilməsinə ehtiyac var:

“Kredit götürən şəxs borcu qaytarmaqdan imtina edib və zamin öhdəliyi yerinə yetirdiyi hallarda vəsait zaminə ödənilməlidir. Kompensasiyalar kredit təşkilatının müştərisi olan şəxslərə hesablanır. Zamin ödədiyi kredit öhdəliyi həcmində borcalandan Mülki Məcəlləyə müvafiq olaraq pulun geri ödənilməsini tələb etmək hüququ var.

Son illər ödənişlərin həmçinin ödəniş terminalları vasitəsi ilə də aparıldığını nəzərə alsaq, kompensasiyanın ünvanlılığı xeyli mürəkkəbləşir. Amma mövcud ödəniş mexanizmi zaminin həmin vəsaiti almasına çətinlik yarada bilər. Belə ki, həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarına ehtiyac var. Deməli, borcu qaytarmış zamin kompensasiyanı almaq üçün məhkəməyə müraciət etməlidir və bundan sonra məhkəmə onun xeyirinə qərar qəbul edərsə ona vəsait ödənilə bilər. Kompensasiyalar bu ayının sonundan başlayaraq ödəniləcək və zamin məhkəməyə müraciət etdiyi halda qərarın alınması bir aydan çox zaman alacaq. Nəticədə, zamin məhkəmə qərarını alanadək kompensasiya krediti götürən, amma borcu qaytarmaqdan imtina edən şəxsin hesabına köçürülə bilər. Bu isə o deməkdir ki, məhkəmə qərarı olsa da belə vəsait qərardan öncə ödəniləcək və nəticədə zamin pul ala bilməyəcək. Amma kredit götürüb xərcləyib və onu başqasına ödətdirən şəxs hətta kompensasiya da alacaq. 

Məsələn, bir vətəndaşımızın 8 min dollar kredit borcu olub və onu ödəməkdən imtina etdiyi üçün krediti zamin qaytarmalı olub. Hazırda həmin borca 4 min manat kompensasiya hesablanıb. Kredit onu qaytaranın deyil götürüb xərcləyənin adına olduğu üçün onun hesabına kompensasiya ödəniləcək. Bununla da, zamin məhkəmə qərarı alanadək artıq krediti qaytarmayan şəxs kompensasiyanı almış olacaq və bununla da öhdəliyi yerinə yetirən şəxs vəsaitdən mərhum olacaq. 

Təklif edirik ki, kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilsin və məhkəməyə müraciət edilən kredit borcları üzrə kompensasiya qərardan sonra həyata keçirilsin. Məsələn, zamin kompensasiya almaq üçün məhkəməyə müraciət edir və bu məlumat Maliyyə Bazarlarına Nəzarət Palatası ilə elektron bölüşdürülür. Bundan sonra palata həmin kreditlər üzrə kompensasiya ödənişinin yalnız məhkəmə qərarından sonra fərdi qaydada həyata keçirilməsini təmin edir. Yalnız bu halda kompensasiya krediti ödəmiş zaminə çata bilər. Əks halda, zaminin həmin vəsaiti almaq imkanları xeyli çətin olacaq”.

Onun sözlərinə görə, şişirdilmiş faiz borcları silindikdən sonra kompensasiya ödənişi həyata keçirilməlidir: “Bəzi banklar kredit borcu olan şəxsin adına böyük məbləğdə cərimə və faizlər yazıblar. Apardığımız tədqiqatlar göstərir ki, bir sıra hallarda vətəndaş borcunu bağlayıb amma bank onun adına faiz və cərimə hesablamaqda davam edib. Nəticədə həmin şəxsin hesabında böyük məbləğdə faiz toplanıb.

Məsələn, bank vətəndaşın adına 4 min manat əsassız faiz borcu yazıb və həmin şəxsə çatan kompensasiya 3500 manatdır. Bu halda o şəxsə çatacaq kompensasiya bankın qanunsuz hesabladığı faiz və cərimələrin ödənilməsinə yönəldilir və vətəndaş kompensasiyadan mərhum olur. Təklif edirik ki, əsas məbləği kiçik olan və ya olmayan, amma yüksək faiz borcları olan kreditlərin fərdi qaydada qiymətləndirilməsi həyata keçirilsin. Əgər kredit xətti üzrə 500 manat əsas məbləğ 3500 manat şişirdilmiş faiz ödənişləri varsa o zaman artıq hesablanmış faizlər silindikdən sonra qalıq borc kompensasiya ilə müqayisə olunsun. Kompensasiya üzrə artıq məbləğ vətəndaşa ödənilsin.

Bir sıra banklarda şəffaflığın gücləndirilməsi üçün yeni qaydalar tətbiq olunsun. Təhlillər bəzi banklarda idarəetmənin şəffaf olmadığını üzə çıxarır. Məsələn, şəxsiyyət vəsiqəsinin nömrəsi olan sənəddəki ad ilə kredit götürənin adı uyğun gəlmir və s. Bu da nəticədə bir sıra kredit məbləğlərinin hesablanmasında çətinliklər yaradır və kompensasiya məbləğinin müəyyənləşdirilməsini çətinləşdirir. Palata tərəfindən banklarda korperativ idarəetmənin formalaşması və şəffaflığın gücləndirilməsi məqsədi ilə ayrıca qaydalar hazırlanıb təsdiq edilsin. Bu qaydaların icrasına nəzarət gücləndirilsin”.

Bakucity.az

PROBLEMLİ KREDİTLƏR
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
128 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
153 kiloqram yararsız ət aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb. Məlum olub ki, ümumi ç...
Cəmiyyət
Bu şəraitdə yaşamaqdan bezib Səhər saatlarında Bakıda kişi intihara cəhd edib. BakuCity.az ARB-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib. Qamət Ağayev yaşadığı binanın damına çıxaraq həyatına son qoymaq istəyib. Məlum olub ki, buna səbəb onun mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. O, mənzilinin kommunal təchizatından narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib. Q.Ağayev bildirib ki, 2006-cı ildə “As...
Cəmiyyət
Məsələ 5 dəqiqə həll olunacaq Azərbaycanda yeni mobil etibarnamə sistemi fəaliyyətə başlayır. BakuCity.az “Report”a istinadən məlumat verir ki, bunu Ədliyyə Nazirliyinin İnformasiya-kommunikasiya texnologiyaları idarəsinin rəisi Ağakərim Səmədzadə deyib. Onun sözlərinə görə, sistem noyabrın 22-dən fəaliyyətə başlayacaq: "Vətəndaş nəqliyyat vasitəsi ilə bağlı cəmi 5 dəqiqə ərzində istədiyi şəxsə həftənin bütün günü, 24 saat ərzində etibarnamə verə biləcək....
Cəmiyyət
Martin Cavanşiri Azərbaycana dair təəssüratlarını bölüşüb Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəlil Məmmədquluzadənin nəslinin davamçıları, ədibin hazırda Polşada yaşayan nəticəsi Martin Cavanşiri və kötükcəsi Pşemislav Cavanşiri ilə görüşüb. BakuCity.az xəbər verir ki, görüşdə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib. Cəlil Məmmədquluzadənin...
Hadisələr
Göyərtədə 104 sərnişin olub Bakı-İstanbul təyyarəsi təcili eniş edib. "Buta Airways"dən BakuCity.az-a verilən məlumata görə, sərnişinlərdən birinin halının qəfil pisləşməsi ilə əlaqədar olaraq şirkətin J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb. Reys Bakı vaxtı ilə saat 09:40-da uğurlu eniş edib. Təyyarə Bakı-İstanbul marşrutu üzrə reysi yerinə yetirirdi. Göyərtədə 104 sərnişin olub. Xəstə sərnişini tibb...
Cəmiyyət
Buna görə cərimə nəzərdə tutulur Bakıda ara-sıra elektron siqaretlər və ya tütün qızdırıcıların (Glo, IQOS) reklamına rast gəlinir. İstər-istəməz sual yaranır: bu növ məhsullar tütün məmulatı sayılırsa, reklamına niyə icazə verilir? Məsələ ilə bağlı BakuCity.az Azad İstehlakçılar Birliyinin sədri, Beynəlxalq İstehlakçılar Təşkilatının Azərbaycandakı nümayəndəsi Eyyub Hüseynovun fikirlərini öyrənib. E.Hüseynov qeyd edib ki, bu cür məhsulların ölkədə istər a...
Cəmiyyət
"3D formatlı piyada zolaqlarından istifadə nəzərdə tutulur" Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə,...
Cəmiyyət
Vaxtilə Bakıda çoxsaylı sincab və tutuquşular məskunlaşıb Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Bakının Atatürk prospektində yerləşən parkda 10 tutuquşu buraxılıb. BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir ki, IDEA-nın “Urban Ecology” (“Şəhər ekologiyası”) layihəsi çərçivəsində parkda məskunlaşdırılmış yaxalıqlı tutuquşu (lat. Psittacula krameri) Bakı şəhərinin i...
Cəmiyyət
Həmin vaxt ata və oğlu liftdə olub Bakıda içərisində iki sakinin olduğu və 7-ci mərtəbədən enən lift sıradan çıxaraq sürətlə birinci mərtəbəyə düşüb. BakuCity.az Baku.ws-ə istinadən xəbər verir ki, hadisə ötən gün paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yerləşən doqquzmərtəbəli yaşayış binasında baş verib. Həmin binada yaşayan Mürsəl Balaxanov deyib ki, ötən gün 7-ci mərtəbədən düşmək istəyən zaman qəfil lift sürətlə birinci m...