İstanbul-Bakı marşrutu ilə ilk blok qatar qəbul edildi - FOTO

İstanbul-Bakı marşrutu ilə ilk blok qatar qəbul edildi - FOTO

Abşeron Logistika Mərkəzi İstanbul-Bakı marşrutu ilə ilk blok qatarı qəbul edib

Bakucity.az xəbər verir ki, ilk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də paytaxta çatıb.

Qatar Abşeron Logistika Mərkəzində qarşılanıb. Qarşılama mərasimində çıxış edən Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib.

Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.

Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində gerçəkləşən bu yük daşıması ölkə iqtisadiyyatı üçün də əhəmiyyətlidir.

Qeyd edək ki, Abşeron Logistika Mərkəzi tarixi İpək yolunun üzərində, Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir. Mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. 

Mərkəz 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir.

Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunur. Trend.az

Bakucity.az

blok qatar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər