Sabah Bakıda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlandı

Sabah Bakıda gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlandı

Paytaxtda bəzi yelərdə zəif duman olacaq

Bakucity.az xəbər verir ki, aprelin 9-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Məlumat Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilib.

Səhər bəzi yelərdə zəif duman olacaq və mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeronda gecə 7-9° isti, gündüz 13-16° isti, Bakıda gecə 7-9° isti, gündüz 14-16° isti təşkil edəcək.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.

Bakucity.az

hava haqqında
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər