Bakıda həmcinsini bıçaqlayan qadın futbolçuya hökm oxundu

Bakıda həmcinsini bıçaqlayan qadın futbolçuya hökm oxundu

Hadisə ötən il Xəzər rayonunda baş verib

Bakucity.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən S.Kurdyukovanın cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

Hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə məhkəmənin hökmü ilə azadlığın məhdudlaşdırılması cəzası verilib.

Qeyd edək ki, hadisə ötən il Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində 41 yaşlı İbrahimova Fazilə Famil qızı naməlum şəraitdə kürək nahiyəsindən bıçaq xəsarəti alıb. O, 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Yaralı tibbi əməliyyatdan sonra yıxılaraq xəsarət aldığını bildirib.

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının araşdırması zamanı məlum olub ki, F.İbrahimovanı tanışı, yetkinlik yaşına çatmayan S.Kurdyukova mübahisə zamanı bıçaqlanıb. Daha sonra S.Kurdyukova saxlanılıb, onun barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.

İstintaq orqanı onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürüb.

Xatırladaq ki, S.Kurdyukova futbolçudur. O, 2014-cü ildə keçirilən 1999/2002-ci il təvəllüdlü yeniyetmə qızlar arasında futbol turnirində "Neftçi"nin heyətində ən yaxşı yarımmüdafiəçi mükafatına layiq görülüb.

Bakucity.az

bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər