Mənzillər 2020-ci ilin yayında təhvil veriləcək
Bakucity.az xəbər verir ki, Jurnalistlər üçün tikilən binanın artıq sonuncu mərtəbəsində tamamlanma işləri aparılır və mənzillərin 2020-ci ilin yayında jurnalistlərin istifadəsinə verilməsi planlaşdırılır.
Bu barədə "Trend"ə müsahibəsində Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli deyib.
Fond sədri mənzillərin verilməsi ilə bağlı meyarlarn dəyişdirilib-dəyişdirilməyəcəyi ilə bağlı suala belə cavabında meyarlar haqqında indidən heç nə deyə bilmədiyini bildirib. Həmin meyarlar yəqin ki, mənzillərin verilməsinə 4-5 ay qalmış müzakirə olunacaq və açıqlanacaq. Lakin hansısa yeni meyarların əlavə olunacağını düşünmürəm, deyə o, əlavə edib.
Bakucity.az