Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO

Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO

Faktla bağlı araşdırma aparılır

Bakucity.az xəbər verir ki, paytaxtın Xətai rayonunda gecə saatlarında avtomobillərin şüşələrini sındıraraq avtomobilləri qarət edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhər sakini Nicat Qasımzadə N.Əliyev küçəsində cinayət başında tutularaq ərazi üzrə 37-ci Polis Şöbəsinə təhvil verilib.

Saxlanılan şəxsin ətrafında 37-ci Polis Şöbəsində araşdırma aparılan zaman onun bir gecədə 11 avtomobilin şüşəsini sındırdığı məlum olub. N.Qasımzadə qeyd edilən cinayətləri paytaxt sakini Ceyhun Abbasovla birlikdə törətdiyini etiraf edib.

Qeyd edək ki, Ceyhun Abbasov bir neçə ay əvvəl analoji cinayətlər etdiyi üçün polislər tərəfindən saxlanılsa da, həmin vaxt yetkinlik yaşına çatmadığından onun barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Araşdırma zamanı məlum olub ki, dəstə üzvləri avtomobillərdən əsasən pul və digər qiymətli əşyalar oğurlayıblar. Onlar avtomobillərin birindən isə 1000 manat oğurlayıblar.

Dəstə üzvlərinin bir neçə gün əvvəl Xətai rayonunun digər küçələrində də avtomobillərin şüşələrini sındıraraq oğurluqlar etdikləri məlum olub.

Faktla bağlı 37-ci Polis Şöbəsində saxlanılan şəxslər barəsində toplanan materiallar araşdırılması üçün Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO, fotoşəkil-1 Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO, fotoşəkil-2 Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO, fotoşəkil-3 Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO, fotoşəkil-4 Bakıda bir gecədə 11 avtomobil qarət olundu - FOTO, fotoşəkil-5

Bakucity.az

qarət
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər