Xəzəri çirkləndirən istirahət mərkəzlərinin siyahısı bəlli oldu

Xəzəri çirkləndirən istirahət mərkəzlərinin siyahısı bəlli oldu

Bu müəssisələrə qarşı müvafiq tədbirlər görüləcək

Bakucity.az xəbər verir ki, Xəzərin şimaldan cənubadək sahil zolağında fəaliyyət göstərən istirahət mərkəzlərində və müəssisələrdə keçirilən monitorinqlər zamanı sənaye və məişət tullantı sularının Xəzər dənizini çirkləndirdiyi bir daha təsdiqlənib.

Bu barədə jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Ərəstun Həsənov deyib və Xəzər dənizini daha çox çirklənməyə məruz qoyan müəssisələrin adlarını da sadalayıb:

“Şimal bölgəsində “Qafqaz” konserv zavodunda, “Sunset”, “Məkan”, “Təbib” istirahət mərkəzlərində, Abşeron yarımadasında “Azərboru” ASC-nin kollektorunda, Gəmi təmiri zavodunda, cənub bölgəsində isə “Beluqa”, “Xəzər palace”, “Meduza” istirahət-xidmət yerlərində hələ də günün tələblərinə cavab verməyən primitiv təmizləyici qurğulardan istifadə olunur, bəzilərində isə tullantı sularının təmizlənməsi üçün müvafiq qurğular ümumiyyətlə yoxdur.

Ərəstun Həsənovun sözlərinə görə, monitorinqlərin nəticələrinə əsasən, ekoloji normalara cavab verməyən və Xəzər dənizini çirkləndirməkdə davam edən müəssisələrə qarşı müvafiq tədbirlər görüləcək.

Bakucity.az

xəzər
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər