Bakıda naməlum məscid aşkarlandı - FOTO

Bəlli deyil bura mədrəsədir, məsciddir, uşaq bağçasıdır, yoxsa yaşayış evi...

Bakucity.az xəbər verir ki, paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsi 34 ünvanında yeni tikili aşkarlanıb. ONA-nın məlumatına görə, şəhərin mərkəzində aşkarlanan tikilinin statusu barədə hələlik dəqiq məlumat yoxdur. 

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin mətbuat katibi Fariz Hüseynov deyib ki, Rəsul Rza küçəsi 34 ünvanında yerləşən tikili yeni aşkar olunub. Onun sözlərinə görə, tikili Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli qərarı ilə daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməyib: “Hazırda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən abidələrin aşkar olunaraq yeni siyahıya daxil edilməsi üçün monitorinqlər davam etdirilir. Aparılan monitorinqlər nəticəsində 1500-dən çox tarixi abidə siyahıya alınması üçün qeydiyyata götürülüb. Yaxın vaxtlarda həmin abidələr də daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınacaq. Sözügedən tikili də yeni aşkar olunmuş məscid kimi tarixi abidələr siyahısına daxil edilərək Dövlət Xidməti tərəfindən qorunacaq. Məscidin memarlıq üslubu, tarixi əhəmiyyəti nəzərə alınaraq, təmir və bərpa olunması üçün də işlər aparılır. Bununla bağlı müvafiq dövlət orqanlarına məlumat verilib".

Bəs bina neçənci əsrə aiddir, araşdırma aparılıbmı?

Fariz Hüseynov deyir ki, ötən il ərazidə təmir-bərpa işləri aparılan zaman orada tarixi məscidin olduğu üzə çıxıb:

“Bu ünvanda məscidin olduğu barədə məlumata hələ ki, tarixi abidələrimizlə bağlı heç bir kitabda, sənəddə rast gəlməmişik. Binadan ayrı-ayrı dövrlərdə müxtəlif məqsədlərlə istifadə olunub. Məscidin XIX əsrin sonu, XX əsrin əvvəllərində inşa edildiyi ehtimal olunur. Abidə bərpa olunduqdan sonra məscid kimi istifadə olunması nəzərdə tutulub”.

Nəsimi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı Rauf İsgəndərov deyib ki, bina ilk olaraq mədrəsə kimi fəaliyyətə başlayıb:

“Sovet dövründə bu tikili el arasında “Tatar mədrəsəsi” kimi tanınıb və fəaliyyət göstərib. Dinin repressiyaya məruz qalması və sıxışdırılması nəticəsində mədrəsə fəaliyyətini dayandırıb, binada uşaq bağçası açılıb. Burada 1934-cü ildən 2011-ci ilə qədər 52 saylı uşaq bağçası fəaliyyət göstərib. 2012-ci ildə bina qəzalı vəziyyətə düşdüyündən bağça köçürülüb, 2013-cü ildən isə rəsmi olaraq binanın heç bir fəaliyyəti yoxdur”.

Memarlıq və İncəsənət İnstitutu Memarlıq abidələrinin qorunması və bərpası problemləri bölməsinin rəhbəri Rahibə Əliyeva bildirib ki, binanın yeni aşkar olunmuş abidələr siyahısına salınması üçün Mədəniyyət Nazirliyinin müraciəti ilə oraya baxış keçiriblər:

“Baxış keçirdikdən sonra tərəfimizdən ekspert rəyi verildi ki, bina abidələr siyahısına salınsın. Çünki bina abidə kimi mütləq qorunmalıdır. Tamamilə tarixi abidə statusunu daşıya bilər”.

Qısa araşdırmadan gəlinən nəticə budur ki, hazırda bina tədqiq olunur, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən araşdırma aparılır. Ümid edək ki, tezliklə təmir və bərpa işləri də aparılacaq, bina tarixi abidə statusu alacaq, tarixi abidələrimizin siyahısını zənginləşdirəcək. ONA

Bakucity.az

MƏSCİD
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
17 800-nə e-qaydada pensiya təyin edilib 2019-cu ilin əvvəlindən ölkəmizdə pensiyaların, ötən ilin son aylarında isə müavinət və təqaüdlərin, ümumilikdə 21 sosial təminat növünün avtomatlaşdırılmış qaydada təyinatı sistemləri işə salınıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən BakuCity.az-a verilən məlumata görə, ötən dövrdə bu e-sistemlər vasitəsilə 51 min şəxsə elektron qaydada pensiya, müavinət...
Cəmiyyət
Bakıda 8 Müsahibə komissiyası fəaliyyət göstərir Paytaxtdakı ümumi təhsil məktəblərinin təhsil digər dildə aparılan bölmələrində I sinfə qəbul zamanı uşaqların şifahi nitq bacarıqlarının qiymətləndirilməsi ilə bağlı 8 Müsahibə komissiyası fəaliyyət göstərir.  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BakuCity.az-a verilən məlumata görə, Müsahibə komissiyalarının tərkibi 3 nəfər müəllimdən ibarətdir. Komissiyaların fəaliyyətinə ümumi nəzarət mərkəz rəhbəri tərəfi...
Siyasət
Nəticələr seçicilərin iradəsini ifadə etməyib Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında növbədənkənar parlament seçkilərində 71 saylı Masallı kənd seçki dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Əliyevin müraciətinə baxılıb. BakuCity.az xəbər verir ki, məsələ ilə bağlı MSK üzvü Qabil Orucov məlumat verib. Q.Orucov bildirib ki, MSK-nın apardığı araşdırma zamanı bu dairə üzrə 33 saylı seçki məntəqəsində səsvermənin nəticələrinin seçicilərin ira...
Hakimiyyət
Müvafiq tapşırıqlar verilib Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Dövlət Sərhəd Xidmətinin, Dövlət Gömrük Komitəsinin, Daxili İşlər, Fövqəladə Hallar, Səhiyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Qida Təhlükəsizliyi Agentliyinin rəhbər vəzifəli şəxsləri və mütəxəssislər İran İslam Respublikası ilə dövlət sərhədində yerləşən “Astara” və “Biləsuvar” buraxılış məntəqələrinə səfər ediblər. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən...
Cəmiyyət
"Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur" İqtisadiyyat Nazirliyi tibbi maskaların qiymətinin artmasına münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, İtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev BakuCity.az-ın sorğusuna cavab olaraq bildirib ki, son zamanlar dünyada tibbi maskalara tələbat artıb: "Azərbaycana tibbi maskalar xarici ölkələrdən idxal olunur. Bu ölkələrdə qiymət artımı Azərbaycanda da tibbi maskaların...
Cəmiyyət
"Yalnız rəsmi məlumatlara etibar edin" Nazirlər Kabineti koronavirus epidemiyasına qarşı görülən tədbirlərə dair məlumat açıqlayıb. BakuCity.az-a daxil olan məlumatda qeyd olunur: "2020-ci il yanvarın 28-də Çin Xalq Respublikasında yayılmış koronavirusun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Azərbaycan Baş Nazirinin sədrliyi ilə hökumət komissiyası yaradılıb, yanvarın 30-da epidemiyaya qarşı Fəaliyyət Planı təsdiqlənib....
Cəmiyyət
Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir Bakıda təcili tibbi yardım həkimlərinin görüntüsü narahatlığa səbəb olub. BakuCity.az-ın məlumatına görə, yayılan fotolardan həkimlərin xüsusi geyimdə olduğu görünür. Fotoların Kliniki Tibbi Mərkəzin həyətində çəkildiyi deyilir. Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin BakuCity.az-a daxil olan birgə məlumatında qeyd olunur ki, fevralın 24...
Cəmiyyət
Komediya filmləri repertuardan çıxarılacaq Fevralın 26-da Xocalı faciəsi ilə əlaqədar “CinemaPlus” kinoteatrlar şəbəkəsində rejissoru Vahid Mustafayev olan “Xoca” filminin pulsuz nümayişləri keçiriləcək. BakuCity.az xəbər verir ki, filmdə Qarabağ müharibəsi dövründə iki sevgilinin faciəvi taleyindən danışılır. “Xoca” filmi Xocalı faciəsini bütünlüklə əks etdirən ilk tammetrajlı film hesab olunur. Baş rollarda İlqar Musayev, Nigar Bahadurqızı, Elmira Yaqubo...
Cəmiyyət
Sərhəddəki tibb məntəqələri gücləndirilmiş iş rejimində çalışır Sosial şəbəkələrdə koronavirusa yoluxmuş şəxslərin Cəlilabad və Lənkəran Rayon Mərkəzi xəstəxanalarında yerləşdirilməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub. Bildirilir ki, İranla sərhədyanı rayonlardakı - Biləsuvar, Lənkəran, Masallı, Cə...