Bakıda məzarlıqdan oğurluq edənlər saxlanıldı

Bakıda məzarlıqdan oğurluq edənlər saxlanıldı

Oğurluq hadisəsi Balaxanı qəbirstanlığında baş verib

Bakucity.az xəbər verir ki, əməliyyat Sabunçu RPİ-nin 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılıb.

Məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidməti yayıb.

Belə ki, polisə ötən ilin oktyabr ayından cari il mart ayının 20-dək olan vaxtda Balaxanı qəsəbəsinin ərazisində yerləşən qəbirstanlıqdan 700 manat dəyərində dəmir çərçivələrin oğurlanması barədə məlumat daxil olub.

Başlanmış əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini E.Dostəliyev və oğlu C.Dostəliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. 

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər