Bakıda keçirilən gözəllik müsabiqələrində qalib necə seçilir? – ARAŞDIRMA

Etiraz edənlər nə dərəcədə haqlıdırlar?

Bu ilki “Azərbaycan Gözəli-2019" Milli gözəllik yarışmasının I yer qalibi Melisa Nuriyevanın gözəlliyi ictimaiyyət arasında sual doğurdu və sosaial şəbəkələrdə səs-küyə səbəb oldu, əksəriyyət nəticə ilə razılaşmadı. Qadın gözəlliyinin kriteriyaları əslində necə təyin olunur? Hazırda keçirilən müsabiqələrdə ideal qadın gözəlliyini necə təyin edirlər? Gözəllik müsabiqələrində kimlər münsif olmalıdır əslində? Gözəllik yarışmasına modellərin çıxması nə dərəcədə düzgündür? Bu suallara Azərbaycanda 21 ildir davam edən və məşhur müsabiqələrdən biri və birincisi “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqəsinin baş koordinatoru və xoreoqrafı Ayla Mais cavablandırıb. Materialı oxuculara təqdim edirik.

Ayla Mais: “Model biznesi ilə gözəllik müsabiqəsi eyni deyil”

Saytımıza açıqlamasında “Azərbaycan Gözəli” gözəllik yarışması barədə fikir bildirən Ayla xanım bu qalmaqalın ilk olmadığını və ümumiyyətlə həmin layihənin qara piyara meylli olduğunu qeyd edib: 

“O ki, qaldı münsiflər heyətinin qərarına, müsabiqələrdə verilən bu qərarı heç kim dəqiq bilmir. Çünki bildiyimə görə ballar mənfi olaraq hesablanır. Auditoriyaya gəlincə, çox güman ki, “Azərbaycan Gözəli - 2019” seçilən xanımın dost-tanışı, yaxınları zalda çox olub ona görə də o, səsləri toplaya bilib. Xanımın gözəl olub olmamasına gəlincə, düzü mən sadəcə öz müsabiqəmizlə bağlı düşünürəm, çalışıram deyə başqa müsabiqələrə diqqət yetirməyə zamanım qalmır. Onu deyə bilərəm ki, bizim məktəbin yetirmələri həmişə digər müsabiqələrdə yüksək yerlərə layiq görülürlər və gözəllik kriteriyalarına cavab veriblər”. 

Gözəlliyin subyektivliyinə toxunan Ayla xanım qadın gözəlliyinin kriteriyalara sığmadığını və bütün qadınların gözəl olduğunu qeyd edib, amma gözəlliyi təmsil edən hər bir sahənin daxilində təbii ki, xüsusi kriteriyalar mövcuddur deyə əlavə edib:

“Məsələn, model biznesi ilə gözəllik müsabiqəsi eyni deyil. Model müsabiqəsində sadəcə peşəkar modellər iştirak edə bilər və həmin yarışmada iştirak etənlərin müəyyən olunmuş kriteriyalara uyğun olmaq lazımdır. Model yarışlarında iştirakçılar gözəlliklərinə görə deyil, boylarına və bədən quruluşlarına görə seçilir. Onların üz quruluşunun gözəl olması vacib deyil. Çünki manekenlər nümayiş etdirdikləri libası izləyənlərə bəyəndirir, malı satır. Gözəllik yarışmalarında isə əsasən gözəllik ön planda tutulur. Burada boy, çəki, sima və digər parametrlər mütləq şəkildə uyunlaşdırılmalıdır. Müsabiqədə iştirak edən xanım doğrudan da gözəl hesab edilirsə, yəni həmin xanım həqiqətən də gözəldirsə və sadəcə hardasa xırda minuslar varsa bu nəzərə alınmır. Çünkin bu zaman həmin xanımın 90-60-90 olması, boyunun 1.75-dən aşağıdır və s. bu sayılmır, o, xanım yenə də gözəllik müsabiqəsində iştirak edə bilər. Bu günün standartları belədir. Gözəllik yarışmalarında modellərin iştirak etməsinə gəlincə, bunun yaxşı tərəfi var ki, pis tərəfi yoxdur. Sadəcə qeyd olunan kriteriyalara cavab verməlidirlər. Seçilən gözəldə harmoniya olmalıdır. Bura xarici görünüş, baxım, intellektuallıq və s. daxildir. Bir-iki nəfərin gözəl dediyini gözəl hesab etmək olmaz. Müraciət edən gözəl təbii olmalıdır, estetik əməlyatlar və makiyaj bu məqamda yolverilməzdir”.

Xanımın dediyinə görə, bu günki müsabiqələrin balları adətən münsiflər heyətinin və auditoriyanın rəyinə əsasən hesablanır. Bəzən onlayn səsvermələr də olur ki, Ayla xanım bu qaydanı ümumiyyətlə düzgün hesab etmir və bu qaydanın illər öncə “Miss & Mister Azerbaijan” Milli gözəllik müsabiqəsində tətbiq olduğunu vurğulayır.

Gözəllik müsabiqələrində kimlərin münsif heyyətində oturmasına gəlincə, - Ayla xanım davam edir; bütün dünyada artıq sözünü demiş gözəllik müsabiqələrin münsiflər heyətində təşkilat komitəsinin üzvlərindən və keçmiş illərin birincilərindən başqa heç kim yoxdur.  Bu dəqiqdir. Bizdə isə çox və müxtəlif sahələri təmsil edən insanlar əyləşir münsiflər heyətində. Onların arasında gözəllik mütəxəssisləri – bu sahə üzrə titulları olanlar, təşkilat üzvləri, müğənnilər və s. başqa tanınmış insanlar olurlar. 

A. Maisin qeyd etdiyinə görə, hal-hazırda ölkəmizdə çox sayda gözəllik müsabiqələri keçirilir, amma onların hamısı yüksək səviyyə nümaiş etdirmirlər. Sadəcə bunlardan “Miss & Mister Top Model Azerbaijan” və “Miss & Mister Grand Azerbaijan” kimi bir neçə gözəllik müsabiqəsi var ki, onları normal saymaq olar:

“Miss Azerbaijan” Milli gözəllik müsabiqələri, yəni bizim təşkil etdiyimiz müsabiqələr ölkədə 21 ildir keçirilir və yarandığı ilk illərdə Mədəniyyət Nazirliyinin (Əvvəlki adı Mədəniyyət və Turizm Nazirliyi)  lisenziyası əsasında fəaliyyət göstərib. Sonradan isə Azerbaycanda müsabiqələrə bu növ təşkilatçılıq ləğv edildiyindən hal-hazırda Nazirlik tərəfindən lisenziyalanmış hesab edilən yeganə müsabiqədir. Qaliblərimiz və finalçılarımız beynəlxalq podiumlarda çıxış edir, televiziya verilişləri aparıcısı, özəl şirkətlərin reklam siması olur, model və yaxud foto agentliklər, internet saytları, jurnallar və s. yaradırlar.  2015-ci ildə keçirilən müsabiqədə oğlanlar da iştirak etdiyindən müsabiqə “MISS & MISTER AZERBAIJAN” adı ilə tanınmağa başlayıb” deyə xanım fikrini tamamlayıb.

Texas universiteti alimlərinin 2017-ci ildə apardıqları araşdırmanın nəticəsi olaraq yeni standartları elan ediblər. Həmin standartlara görə 1.68 sm boyunda olan bir qadın üçün 99-63-91 ölçüləri qəbul edilib. Araşdırmalarını təbii gözəlliklə əsaslandıran alimlər, əslində 90-60-90 ölçüsünun moda, geyim, dəbdəbə nəhənglərinin uydurması olduğunu vurğulayıblar. Hətta qeyd ediblər ki, firmalar öz geyimlərinin daha cazibədar görsənməsi üçün bu ölçülərin ideal qəbul edilməsi üçün dəridən-qabıqdan çıxır, xeyli pullar xərcləyir və bir sıra kampaniyaları diqqət mərkəzində saxlayırlar.

Araşdırmamızdan belə məlum oldu ki, hal-hazırda paytaxtda reallaşan gözəllik müsabiqələrində konkret kriteriyalar mövcud deyil və seçilən gözəllər münsiflər heyəti ilə auditoriyanın səsverməsinə əsasən müəyyənləşir. Tənqid olunan müsabiqənin təşkilatçısı olan “Şou Pradakşn”dan verilən məlumata görə də qalib müsabiqənin münsifələr heyəti, auditoriya və iştirakçı xanımların özlərinin biri-birlərinə vermiş olduğu səslərə görə müəyyən olunub. Bu məqamda isə bizə, “dünyanı gözəllik xilas edəcək” dekək qalır. 

Ramilə Qardaşxanqızı

Bakucity.az 

Müsabiqə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
688 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
"Sizi ayın 15-dək köçürdəcəyəm" Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Şüvəlanda 20 ailənin məskunlaşdığı, yaşamaq üçün tamamilə yararsız binanın sakinləri qəbul edilib, onların vəziyyəti ilə maraqlanıblar. BakuCity.az-ın Baku TV-yə istinadən verdiyi məlumata görə, görüşdən sonra qurum təcilli olaraq sakinlərin yeni yaşayış evləri ilə təmin olunması barədə qərar qəbul edib. Sakinlər komitənin sədri Rövşən Rzayevin şəxsən bu ünvan...
Mədəniyyət
Festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər Argentinanın Azərbaycandakı Səfirliyi və “United Cultures”-in təşkilatçılıq etdiyi Beynəlxalq Bakı Tanqo Festivalı 29 Noyabr – 1 Dekabr tarixlərində 3-cü buraxılışı ilə geri qayıdır. Bakucity.az xəbər verir ki, festivalda nüfuzlu beynəlxalq rəqqaslar iştirak edəcəklər. 3-cü dəfə keçirilən festivalda xüsusi qonaq qismində Argentinanın 2019 Dünya və Avropa Çempionları Aqustina Piyacco və Maksim Gerasi...
Cəmiyyət
Bakının mərkəzindəki mənzərəli göl və hündür şam ağacları BakuCity.az saytı oxucularını Bakının ən məşhur parkları ilə tanış etməyə davam edir. Bu dəfə oxucular səs-küylü meqapolisin mərkəzində, Dədə Qorqud parkında - təbiətin kiçik bir guşəsində gəzintiyə çıxacaqlar. Parkın yaranma tarixi Nərimanov rayonunda yeni parkının yaradılması ilə əlaqədar tikinti işlərinə Prezident İlham Əliyevin “Azərbaycan Respublikasındakı monumental heykəltəraşlıq abidələri, x...
Cəmiyyət
"Şəkil çəkmədiyiniz üçün təşəkkür edirik" “Araz” supermarketlər şəbəkəsi mağaza daxilində şəkil çəkməyə qoyulan qadağa məsələsinə rəsmi münasibət bildirib. BakuCity.az-ın məlumatına görə, şəbəkənin Marketinq departamenti PR və Daxili kommunikasiya bölməsinin müdiri Billurə Əmirova Oxu.az-a açıqlamasında bildirib ki, şəkil çəkmə ilə bağlı məhdudiyyət təkcə “Araz” supermarketlər şəbəkəsində yox, dünyanın bütün iri şəbəkə marketlərində var: “Bizdə də təbii ki...
İdman
Masazırda məşq edəcəklər Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb. BakuCity.az Apasport.az-a istinadən məlumat verir ki, yeni klub "Xocalı" adlanacaq. Bununla bağlı klubun, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər. “Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: "Klubu yaratmaqda məqsədimiz uşaq futbolunun inkişafına təkan verm...
Hadisələr
15-16 yaşları var Bakının iki rayonunda yeniyetmələr itkin düşüb. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nizami və Sabunçu rayonlarında qeydə alınıb. Sabunçu rayonu Maştağa qəsəbəsində yaşayan 2003-cü il təvəllüdlü Vahid Kərimov evdən çıxıb və bir daha geri qayıtmayıb. Digər yeniyetmə isə Nizami rayonu, B.Nuriyev küçəsində itkin düşüb. Qeyd edilən ünvanda yaşayan 2004-cü il təvəllüdlü Ravil Pənahov evdən çıxaraq naməlum istiqamətdə...
Ekologiya
Xəzri güclənəcək Noyabrın 21-də Bakıda gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, sabah paytaxtda arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunundan 775 mm civə sütununa yüksələcək, nisbi rütubət 85-95 ...
Cəmiyyət
153 kiloqram yararsız ət aşkarlanıb Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) daxil olan məlumat əsasında Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsində yerləşən 8-ci km bazarında reyd keçirilib.  AQTA-dan BakuCity.az-a verilən məlumata görə, agentlik və hüquq-mühafizə orqanlarının birgə keçirdiyi reyd zamanı bazarda mənşəyi məlum olmayan və insan istehlakı üçün yararsız ətlərin satışı ilə bağlı məlumat öz təsdiqini tapıb. Məlum olub ki, ümumi ç...
Cəmiyyət
Bu şəraitdə yaşamaqdan bezib Səhər saatlarında Bakıda kişi intihara cəhd edib. BakuCity.az ARB-yə istinadən xəbər verir ki, hadisə Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində baş verib. Qamət Ağayev yaşadığı binanın damına çıxaraq həyatına son qoymaq istəyib. Məlum olub ki, buna səbəb onun mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. O, mənzilinin kommunal təchizatından narazı olduğu üçün bu addımı atmaq qərarına gəlib. Q.Ağayev bildirib ki, 2006-cı ildə “As...