Bakıda “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” hazırlanır

Bakıda “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” hazırlanır

Konsepsiya ilə bağlı təkliflər İşçi Qrup tərəfindən müzakirə olunur

Bakucity.az xəbər verir ki, “Azərbaycan kinematoqrafiyasının inkişaf Konsepsiyası” layihəsinin hazırlanması üçün İşçi Qrup yaradılıb. 

İşçi Qrupuna tanınmış kino mütəxəssisləri, kino sahəsində fəaliyyət göstərən ictimai təşkilatların və müstəqil prodüser mərkəzlərinin nümayəndələrindən ibarət heyət daxil edilib.

Konsepsiya ilə bağlı təkliflərini təqdim etmələri məqsədilə ölkədə kinematoqrafiya sahəsində uğurlu fəaliyyət göstərən dövlət və özəl kino istehsalı, eləcə də nümayişi müəssisələrinə, bu sahədəki ictimai təşkilatlara müvafiq məktublar göndərilib. 

Hazırda təkliflər onları təqdim etmiş təşkilatların iştirakı ilə İşçi Qrup tərəfindən müzakirə olunur.

Konsepsiyanın hazırlanmasında beynəlxalq təcrübənin öyrənilməsi üçün yaradılmış İşçi Qrup Litva və Macarıstan səfərlərində olub.

Bakucity.az

https://www.bakucity.az
Kino
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər