Hadisəni törətməkdə şübhəli bilinən qadın cinayət məsuliyyətinə cəlb edilib
Bakucity.az xəbər verir ki, Xalq artisti Zülfiyyə Xanbabayeva oğurluq faktı ilə bağlı polisə müraciət edib.
Hadisəni törətməkdə təqsirləndirilən Şirinova Əntiqə Nəriman qızı saxlanılaraq, cinayət məsuliyyətinə cəlb edilib. Məlumata görə, o, muğənninin evindən qızıl-zinət əşyaları və pul oğurlayıb.
Faktla bağlı cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib.
Hakim Şəlalə Həsənovanın sədrliyi ilə keçiriləcək məhkəmənin hazırlıq iclası aprelin 18-nə təyin edilib.
ONA hadisənin təfərrüatlarını öyrənmək üçün müğənni ilə əlaqə saxlayıb. O, məlumatı təkzib edərək, bu barədə danışmaq istəmədiyini deyib.
Bakucity.az