Onu "Ganjlik Mall" da gördülər
Bakucity.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və dövlət başçısının köməkçisi və Dubayın mütləq hökmdarı Məhəmməd ibn Rəşid əl-Məktum Ganjlik Mall-da alış-veriş edərkən görüntülənib.
Qeyd edək ki, Məhəmməd ibn Rəşid əl-Məktumun 39 milyard dolları, 21 övladı, rəsmi nikahda 2 həyat yoldaşı, nadir cins atları, ən nəhayət, dünyanın ən gözəl şəhəri var. Böyük qardaşından təhvil aldığı hakimiyyəti idarə edir. Qonşu krallıqlarla qohum olmaqla dayaqlarını daha da möhkəmləndirir. “Forbes” onu dünyanın güclü monarxlarından sayır. BAKU.WS