Bakıda intihar edən məktəbli barədə danışdı və tənqid olundu - VİDEO

Bakıda intihar edən məktəbli barədə danışdı və tənqid olundu - VİDEO

Direktorun səs yazısı yayıldı və o, tənqid olundu

Bakucity.az xəbər verir ki, 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Direktor bir neçə gün öncə intihar etmiş məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı açıqlamasında şagirdin ailəsi haqqında təhqiramiz ifadələr işlədib:

“Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb”. 

Hadisənin təfərüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Qafqazinfo.az

Bakucity.az

tənqid
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər