Bakıda keçiriləcək "Formula-1" azarkeşlərini daşıyacaq nəqliyyat vasitələri açıqlandı

Nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək

Bakucity.az xəbər verir ki, aprel 26-28-də Bakının mərkəzi küçələrində reallaşacaq 2019 “Formula-1” Azərbaycan Qran-prisi ərəfəsində tamaşaçıların trekə, dənizkənarı bulvarda yerləşən F1 Şəhərciyinə və bilet aldıqları tribunalara yaxınlaşmasını asanlaşdıracaq ictimai nəqliyyat vasitələri bəllidir.

Bakı Şəhər Halqası Əməliyyat Komitəsindən verilən məlumata görə, yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək üçün hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, 27-28 aprel tarixlərində trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar, 26-27-28 aprel tarixlərində isə 28 May, Sahil və İçərişəhər metro stansiyaları səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək.

Digər metro stansiyaları normal iş rejimindən əlavə saatlarda yalnız çıxış üçün açıq olacaq.

Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar Azərbaycan prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər.

Yarış ərəfəsində 65 nömrəli avtobus 5 dəqiqəlik intervalla Ə.Cavad küçəsi – Azərbaycan prospekti, Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi, Tbilisi prospekti – 20 Yanvar küçəsi, A.Məhərrəmov küçəsi və Mir Cəlal küçəsində yerləşən dayanacaqlardan keçəcək.

Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar.

Yarış ərəfəsində 5 nömrəli avtobus isə 3 dəqiqəlik intervalla hərəkət edərək N.Nərimanov metro stansiyası, "28 May" metro stansiyası - Salatın Əsgərova küçəsi, "28 May" metro stansiyası - Cəfər Cabbarlı küçəsi, "28 May" küçəsi - Səməd Vurğun bağı, Nizami küçəsi və R.Behbudov küçəsi - Rəşid Behbudov adına Mahnı Teatrının yanında yerləşən dayanacaqlardan keçəcək.

Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı Əloyunları Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər.

Yarış ərəfəsində 53 nömrəli avtobus 6 dəqiqəlik intervalla aşağıdakı dayanacaqlardan keçəcək:

20-ci sahə – Bakı Su İdmanı Sarayı, Milli Bayraq Meydanı – Inturist oteli ilə üzbəüz dayanacaq (Bulvar tərəf saat 17:00-a qədər).

Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq və həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər.

Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin və Neftçilər prospekti ilə Rəşid Behbudov küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək.

Aprelin 24-dən 29-a qədər dənizkənarı bulvarın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 25-i, saat 12:00-dan etibarən yarış günlərində yalnız 4 günlük bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Digər bilet sahibləri üçün həmin zona 26-27-28 aprel tarixlərində, saat 10:00-dan etibarən açıq olacaq.

Paytaxt sakinləri və qonaqlar yuxarıda qeyd olunan günlər ərzində Park Bulvar mərkəzindən istifadə edə biləcəklər.

Həmin günlər ərzində xəritədə rənglərlə verilmiş bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.

Bakucity.az

F1
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Kriminal
Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Elda Həsənov həbs olunub. Məlumat verildiyi kimi, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender...
Cəmiyyət
Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb. Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 91 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan BakuCity.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib. Həmçinin oxu: Bakını tərk etmək istəyən COVID-19 xəstəsinə cinayət işi başlanıldı İndiyədək ölkədə ümumilikdə 33 915 nəfərin korona...
Biznes
“Mənzil sahibi olmuş vətəndaşların mənzil seçimi prosesi barədə məlumatları sosial şəbəkələrdə paylaşmaları məqsədəuyğun olardı”. BakuCity.az xəbər verir ki, bu fikirləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) güzəştli mənzillərlə bağlı keçirdiyi son satışların nəticələrini dəyərləndirən Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Həmçinin oxu: Güzəştli mənzillər belə təhvil veriləcək - VİDEO Vüqar Bayramov qeyd edib ki, artıq mənzilə sahib olanların...
Ekologiya
Bakıda 14 avqustda gözlənilən hava şəraiti açıqlandı. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilənməlumata görə,Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı gözlənilir.  Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 21-24,  gündüz  28-31,  Bakıda  gecə 21-23, gündüz  29-31 dərəcə is...
Kriminal
Bakıda soyğunçuluqla məşğul olan şəxslər saxlanılıb. Bununla bağlı Daxili İşlər Nazirliyindən BakuCity.az-a bildirilib. Binəqədi RPİ 40-cı Polis Bölməsinin əməkdaşları tərəfindən quldurluq etdiklərinə görə tutulmuş H.Məlikovun, T.Əliyevin və V.Nəsirovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Bakı şəhər sakini E.Kazımovun 400 manat, 470 ABŞ dolları və 600 avro pulunu soyğunçuluq yolu ilə almaları da müəyyən edilib. BakuCity.az
Kriminal
Yaşayış yerini tərk Covid-19-a yoluxmuş şəxslər müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən BakuCity.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinə koronavirusa yoluxmuş şəxsin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub.  Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində avqustun 11-də saat 18 radələrində virusa yoluxmuş İsmayıllı rayon sakini A.Hüseynov karantin rejimi qaydala...
Cəmiyyət
Azərbaycanda karantin rejiminin qaydaları yumşaldıqdan sonra bir sıra müəssisələr və obyektlər öz fəaliyyətini bərpa edib.  BakuCity.az xəbər verir ki, Azərbaycanda əhalinin böyük maraqla gözlədiyi "Binə" və "Sədərək" ticarət mərkəzlərinin fəaliyyətinə qoyulan qadağanın aradan qaldırılmasıdır.  Hələlik hər iki ticarət mərkəzinin fəaliyyəti ilə bağlı qərar verilməsə də, sosial şəbəkədə iri ticarət mərkəzlərinə olan tələbatla bağlı geniş müzakirələr aparılır...
Cəmiyyət
Bakıda müəllim dənizdə batmaq təhlükəsi ilə üzləşən iki nəfəri xilas edib. Bakı Ali Neft Məktəbinin Bədən Tərbiyəsi və İdman kafedrasının Baş müəllimi Pyotr Anatolyeviç Kuvşinov Xəzər dənizinin sahilində, Şimali GRES bölgəsindəki Mayak çimərliyindən bir qədər aralıda batmaq təhlükəsi ilə üz-üzə olan iki nəfəri xilas edib. BakuCity.az xəbər verir ki, bu barədə Ali Məktəbdən məlumat verilib.  Məlumata görə, Pyotr Kuvşinov güclü küləyə və yorulmasına rəğmən h...
Cəmiyyət
Dondurulmuş toyuq qanadlarında koronavirus aşkarlanıb. Çinin cənubundakı Şenzen şəhəri rəhbərliyi Braziliyadan gətirilmiş dondurulmuş toyuq qanadında koronavirus aşkarlandığını açıqlayıb. BakuCity.az xəbər verir ki, Çinin yerli xəstəliklərə nəzarət mərkəzləri iyun ayından etibarən ət və dəniz məhsullarını xüsusi testlərdən keçirirlər. Buna səbəb iyun ayında dəniz məhsulları bazarında yeni virusun yayılması idi. Bu proseslər çərçivəsində toyuq qanadlarından...