Bakıda "avtoş"u öldürən şəxsin məhkəməsi başladı

Bakıda "avtoş"u öldürən şəxsin məhkəməsi başladı

Təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Ehtiram Şərifov barəsində cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin növbəti iclası aprelin 15-nə təyin olunub.

Hadisə ötən il noyabrın 17-də paytaxtın Şüvəlan qəsəbəsində baş verib. Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş E.Şərifov münaqişə zəminində tüfəngdən açdığı atəşlə nəticəsində Cabir Babayevi ayağından yaralayaraq hadisə yerindən qaçıb. Yaralı C.Babayev isə xəstəxanada dünyasını dəyişib.

C.Babayev “Cabir-012” adı ilə tanınmış "avtoş" olub. 

Bakucity.az

yaralı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər