Azərbaycanın 10 milyonuncu vətəndaşına Mehriban adı verilib
Bakucity.az xəbər verir ki, yeni doğulan körpənin atası Rauf Həsənov körpənin fotosunu Oxu.az-a yollayıb.
Qeyd edək ki, körpə aprelin 6-da saat 03:30-da Bakı şəhərində dünyaya gəlib.
Səhiyyə Nazirliyindən və Dövlət Statistika Komitəsindən bildirilib ki, Azərbaycan vətəndaşları Rauf Həsənovun və Nigar Ocaqovanın ailəsində doğulan qız uşağının çəkisi 3,6 kiloqram, boyu 52 santimetrdir. Valideynləri ona Mehriban adını verib.