Bakıda köhnə mənzillər bahalaşdı, yenilər ucuzlaşdı

Bakıda köhnə mənzillər bahalaşdı, yenilər ucuzlaşdı

Qiymətlər ay ərzində 3% azalıb, il ərzində isə 5.68% artım olub

Bakucity.az xəbər verir ki, pakıda ay ərzində təkrar mənzillərin qiyməti bahalaşıb, yeni mənzillərin qiyməti isə əksinə, ucuzlaşıb.

"MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov martda təkrar mənzil bazarında qiymətlərdə 1.13%, il ərzində isə 5.81% artım olduğunu bildirib. Onun sözlərinə görə, ilkin mənzil bazarında isə qiymətlər ay ərzində 3 faiz azalıb, amma il ərzində 5.68% artım olub.

N. İbrahimov ilkin mənzil bazarındaki ucuzlaşmanı onunla bağlayır ki, bu mənzillərin qiyməti indiyə kimi kifayət qədər baha olub.

Onun sözlərinə görə, həyət və bağ evlərinin qiymətində isə ay ərzində 4.75%, il ərzində 2.18% artım olub.

N.İbrahimov qeyd edib ki, artım mövsümi xarakter daşıyır. Ekspert bildirib ki, yay mövsümü yaxınlaşdıqca həyət və bağ evlərinə tələbat artır.

Bakucity.az

artım
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər