Bakıda DİN avtomobil sahiblərinə müraciət etdi

Bakıda DİN avtomobil sahiblərinə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) avtomobil sahiblərinə müraciət edib

Bakucity.az xəbər verir ki, DİN-i nəqliyyat vasitələri sahiblərinin nəzərinə çatdırılır ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyaların, sənədlərin və əl çantalarının bəzi qanun pozuntusuna meyilli olan şəxslər tərəfindən oğurlanma ehtimalı ola bilər.

Məlumatı DİN-in Mətbuat xidməti yayıb.

Müraciətdə bildirilib ki, belə halların qarşısının alınması üçün sürücülər pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, təhlükəsizlik kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar.

Bucity.az

DİN
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər