Bakıda ərəb turistin başına iş gəldi

Bakıda ərəb turistin başına iş gəldi

Turistə plis kömək edib

Baucity.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları paytaxtda səfərdə olan ərəb turistin itən çantasını taparaq ona qaytarıbla.

Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı, Azərbaycana turist kimi gələn Aisha Hussain Ali Baqir Alzarooni aprelin 7-də axşam saatlarında “102 xidməti”nə zəng edərək Dənizkənarı Milli Parkın ərazisində “Şəfəq” gəzinti gəmisində olan zaman çantasının itdiyini bildirib.

“102 xidməti” turist xanımın zəngi əsasında saat 21:25 radələrində yaşanmış hadisə ilə bağlı Su Nəqliyyatında Polis İdarəsinə müraciət edib.

Aisha Hussain çantada şəxsi sənədlərinin, pulunun və digər lazımi ləvazimatlarının olduğunu deyib. Turistin çantası saat 01:00 radələrində tapılaraq sahibinə qaytarılıb. 

Bakucity.az

turist
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər