Oğurluq hadisəsi metronun “Qara Qarayev” stansiyası yaxınlığında qeydə alınıb
Bakucity.az xəbər verir ki, hadisə dünən səhər saatlarında “Qara Qarayev” metrostansiyası yaxınlığında yerləşən telefon mağazasında baş verib. Mağazaya girən şəxs mağazadakı mobil telefonları oğurlayıb.
Mağazanı kirayələyən İsmayıl Məmmədov Oxu.az-a açıqlamasında mağazaya 2500-3000 manat dəyərində maddi ziyan dəydiyini bildirib:
“Dünən səhər saatlarında telefon mağazasından oğurluq olub. Demək olar ki, bütün telefonlar oğurlanıb. Əlimizdə olan kamera görüntüləri ilə hüquq-mühafizə orqanlarına müraciət etmişik. Əraziyə baxış keçirilib, dəlillər götürülüb. Lakin hələ heç bir nəticə yoxdur.
Özümüzün hesablamalarımıza görə, 2500-3000 manat dəyərində ziyan dəyib. Həmin şəxsin daha sonra Binəqədidə yerləşən mağazalardan birindən də oğurluq etdiyinə dair görüntülər var”.
Bakucity.az