Bakıda mağazadan oğurluq olub
Bakucity.az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini İ.Kərimov aprelin 3-nə keçən gecə Biləcəri qəsəbəsində yerləşən mağazasından təmir-tikinti alətləri və məişət əşyalarının oğurlandığını deyib.
Müvafiq araşdırmalar nəticəsində cinayət əməlini törədən şəxsin Zərdab rayonu ərazisində olduğu müəyyən edilib.
6-cı Polis Bölməsi və Zərdab Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini D.Kərimli rayon ərazisində saxlanılıb.
Məlum olub ki, o, həm də Cinayət Məcəlləsinin 263-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə də axtarışdadır.
Bakucity.az