Bakıda fenspirid tərkibli dərman satılmayacaq

Bu barədə Səhiyyə Nazirliyi məlumat verilib

Bakucity.az xəbər verir ki, Azərbaycanda fenspirid tərkibli dərman vasitələrinin idxalı, pərakəndə və topdan satışı qadağan edilib.

Məlumata görə Avropa Dərman Agentliyinin 15 fevral tarixli EMA/114407/2019 nömrəli “Ürək ritm problemləri yaratması ilə bağlı potensial risk səbəbindən fenspirid tərkibli dərman vasitələrinin qeydiyyatının dayandırılması” adlı sənəd dərc edilib. 

Belə ki,  Avropa Dərman Agentliyinin (EMA) farmakonəzarət üzrə risklərin qiymətləndirilməsi komitəsi (PRAC) uşaq və yetkinlərdə ağciyər xəstəlikləri ilə əlaqədar yaranan öskürəyin aradan qaldırılması üçün istifadə olunan fenspirid tərkibli dərman vasitələrinin Avropa Birliyində qeydiyyatının dayandırılması təklifini irəli sürüb.

Qeydiyyatın dayandırılması pasiyentləri qorumaq üçün bir tədbirdir və PRAC QT intervalının uzanması və “torsades de pointes” (ürək ritm problemlərinə yol aça bilən ürəyin elektrik fəaliyyəti anomaliyaları) riskini nəzərdən keçirir. Keçmişdə bu dərmanları qəbul edən xəstələrdə ürək ritminin problemləri diqqətə çatdırılıb. Fenspirid və ürək ritm problemləri arasındakı potensial əlaqəni araşdırmaq üçün fenspirid tərkibli dərman vasitələrinin insanlarda QT intervalının uzatma potensialına malik olduğunu göstərən heyvan tədqiqatları aparılıb. PRAC, mövcud olan bütün sübutları araşdırır və AB-də fenspirid tərkibli dərman vasitələri barədə tövsiyələr verir. Qiymətləndirmə başa çatdıqdan sonra, EMA məlumat verməyi, pasiyent və tibb işçilərinə yenilənmiş rəhbərlik təqdim etməyi planlaşdırır:

"Yuxarıda qeyd edilənləri nəzərə alaraq, Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurası tərəfindən fenspirid tərkibli dərman vasitələrinin təhlükəsizliyi və risk-fayda nisbəti araşdırılır. 

Araşdırmaların davam etdiyi müddətdə əhalinin sağlamlığının qorunması və pasiyentlərin potensial riskdən qorunması məqsədi ilə fenspirid tərkibli aşağıdakı dərman vasitələrinin bütün seriyaları geri çağırılıb". 

Səhiyyə Nazirliyi pasiyentlərin diqqətinə çatdırır ki, təhlükəsizlik məlumatları göstərir ki, fenspirid tərkibli öskürək əleyhinə dərmanlar qəfil ciddi ürək ritm problemlərinə səbəb ola bilər: "Pasiyentlərə araşdırmaların davam etdiyi müddətdə fenspirid tərkibli dərman vasitələrinin istifadəsini dayandırmaq tövsiyə edilir. Fenspirid tərkibli dərman vasitələrini istifadə edən pasiyentlər ürək ritm problərinə məruz qala bilərlər. Əgər öskürək əleyhinə fenspirid tərkibli dərman vasitəsi qəbul edirsinizsə, alternativ müalicələr haqqında məsləhət almaq üçün həkim və ya əczaçıya müraciət edin. Əgər istifadə etdiyiniz dərmanla bağlı hər hansı narahatlıq varsa, onları həkim və ya əczaçı ilə müzakirə edin".

Dərman vasitəsinin adıBPA və dozasıForması və ticarət qablaşdırmasİstehsalşı şirkət, ölkə
1Erespalfenspiride hydrochloride 10 mg/5 mlşərbət 100 ml flakonda №1, karton qutu qablaşmadaLes Laboratoires Servier İndustrie, Fransa
2Erespalfenspiride hydrochloride 80mgörtüklü tabletlər №30Les Laboratoires Servier İndustrie, Fransa
3Tirfensfenspiride hydrochloride 2 mg/mlşərbət 100 ml flakonda №1, karton qutu qablaşmada, örtüklü tabletlər №28World Medicine İlaç Sanayi ve Ticarət A.Ş., Türkiyə
4Tirfensfenspiride hydrohloride 80 mgörtüklü tabletlər №20 (10x2), №30 (10x3), blisterdə karton qablaşmada

Tibb işçiləri isə araşdırmaların davam etdiyi müddətdə, tibb işçiləri pasiyentlərə fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin dayandırılmasını məsləhət görməlidirlər. Fenspirid tərkibli dərman vasitələrinin istifadəsinin müvəqqəti dayandırılması son aparılan klinikaya qədər tədqiqatlara (hERG kanal birləşməsi və in vitro heyvan modelləri üzərində tədqiqatlar) əsaslanır və fenspiridin insanlarda QT intervalının uzanması potensialına malik olduğunu göstərir. Bu məlumatlar, fenspirid və QT intervalının uzanması / torsades de pointes arasındakı ehtimal olunan şübhəli əlaqənin olmasını təsdiqləyir. Fenspirid tərkibli dərman vasitələrinin simptomatik müalicə üçün istifadə olunduğunu və QT intervalının uzamasının ciddiliyi nəzərə alınmaqla, bu tərkibli dərmanların təcili olaraq Səhiyyə Nazirliyi Farmakoloji və Farmakopeya Ekspert Şurasının yekun qərarının nəticələrinə qədər təxirə salınır.

Bakucity.az

dərman
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
69 baxış noyabrda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
“CinemaPlus”da möhtəşəm “Bayraq Günü” Noyabrın 9-da Azərbaycanda “Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü” bayramı qeyd olunur. “CinemaPlus” Premium-klass kinoteatrı bu günün şərəfinə paytaxtda möhtəşəm parad təşkil edib. Kinoteatrdan Bakucity.az-a verilən məlumata görə,  kinoteatrın əlində bayraqları olan işçiləri “Baku Band” orkestrinin müşayiəti ilə “Gənclik Mall” ticarət mərkəzini gəziblər və milli mahnılar səsləndiriblər: "Alış-veriş mərkəzinə...
Cəmiyyət
Liftlər quraşdırılacaq Paytaxtın "Şamaxinka" adlanan ərazisində tıxacın qarşısını almaq məqsədilə salınan yerüstü keçiddə eskalatorlar olmayacaq. BakuCity.az məlumat verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Baku.ws-ə bildirib. O deyib ki, yerüstü keçidin inşasının başa çatması bu ilin sonu, gələn ilin əvvəlinə nəzərdə tutulub: "Həmin yerüstü keçiddə eskalatorların quraşdırılması nəzərdə tutulma...
Mədəniyyət
Azərbaycanı beynəlxalq yumor arenada təmsil edən yeganə komandadır Noyabrın 9-da Ukraynanın paytaxtı Kiyevdə Liqa Smexa Qış Kuboku keçirilib. BakuCity.az xəbər verir ki, “Liqa Smexa” yarışmasında Azərbaycanı təmsil edən yeganə “Как по Маслу” komandası 2019-cu il Liqa Smexa mövsümünün “Ən yaxşı səhnəciyi”nə görə kubok alıb. Bu kubok Azərbaycan yumorunun şanlı tarixinə düşəcək, çünki ölkəmizin bu yarışmada qazandığı ilk kubokdur. Xatırladaq ki, “Как по Маслу...
Siyasət
Piketdə 15 nəfər iştirak edib Bakıda qanunsuz piket keçirməyə cəhd edənlərin hüquqazidd əməllərinin qarşısı alınıb. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) BakuCity.az-a verilən məlumata görə, Müsavat Partiyasının üzvləri paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə uyğun olaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının...
Cəmiyyət
Həftədə iki dəfə uçuş olacaq Rusiya şirkəti Azərbaycana uçuşlar həyata keçirməyə başlayır. BakuCity.az Oxu.az-a istinadən xəbər verir ki, “Smartavia” aviaşirkəti 2019-2020-ci ilin qış aylarında Peterburqdakı “Pulkovo” aeroportundan dörd yeni istiqamətə - Bakı, İjevsk, Rostov və Ufaya daimi reyslər açacaq. “Smartavia” təyyarəsi Azərbaycan paytaxtına həftədə iki dəfə uçuşlar təşkil edəcək. BakuCity.az
Cəmiyyət
Sumo, güləş və dron yarışları da keçiriləcək Bakıda keçiriləcək 25-ci Yubiley Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində (“BakuTel-2019”) ilk dəfə olaraq “Robopark” təşkil olunacaq. BakuCity.az “APA-Economics”ə istinadən məlumat verir ki, “Robopark” çərçivəsində ən yeni və son robot modelləri nümayiş olunacaq. Onların sırasında Las-Veqasdan “Pepper Humanoid” robotu, robot-rəssam, 6 metrlik uçan astronavt və robo...
Hakimiyyət
"İcra başçıları peşəkar, bilikli olmalıdırlar" Azərbaycan Prezidenti İlham Əliyev İlqar Abbasovu Şirvan şəhər, Mərdan Camalovu Zərdab, Əziz Əzizovu Bakının Suraxanı, Elşad Həsənovu Yasamal, Rafiq Quliyevi Xətai rayonlarının icra hakimiyyətlərinin başçıları vəzifələrinə təyin olunmaları ilə bağlı qəbul edib. Bu barədə BakuCity.az AZƏRTAC-a istinadən xəbər verir. Görüşdə çıxış edən Prezident İlham Əliyev deyib ki, ölkəmizdə kadr islahatları davam edir. Kadr...
Mədəniyyət
Qəzəllər "YouTube"a yüklənəcək Bakıda "Kitab Evi" İctimai Birliyinin reallaşdırdığı “İmadəddin Nəsiminin farsca şeirlərinin Azərbaycan dilinə tərcüməsi və nəşri” layihəsi çərçivəsində “İmadəddin Nəsimi – 40 qəzəl” adlı kitabın və qəzəllərin səsləndirildiyi audiodiskin təqdimatı keçirilib.  BakuCity.az xəbər verir ki, təqdimatda alimlər, şairlər, yazıçılar və media nümayəndələri iştirak ediblər. Təqdimat şairin Azərbaycan oxucusu üçün yeni olan qəzəllərində...
Hakimiyyət
"Əlimdən gələni əsirgəməməyə çalışacağam" "İcra başçısı təyin olunacağımı gözləmirdim. Mənim üçün də gözlənilməz oldu. Cənab Prezidentə təşəkkür edirəm ki, məni bu vəzifəyə təyin etdi”. BakuCity.az xəbər verir ki, bu fikirləri Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən deputat Elşad Həsənov deyib. O bildirib ki, iş fəaliyyəti barədə indidən nəsə deyə bilməz: "İcra başçısı olaraq iş fəaliyyətimlə bağlı onu deyə bilərəm ki, bunu özünü...