Kəsişmə toru BNA-nın sifarişi sasında həyata keçirilir
Bakucity.az xəbər verir ki, bu gün axşam saat 23:00-dan səhər saat 06:00-a qədər paytaxtın Səməd Vurğun və Füzuli küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanmasının təşkili məqsədi ilə xətlənmə işləri aparılacaq.
Bu barədə "Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Sözügedən kəsişmədə qeyd olunan vaxt müddətində avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.
Sarı kəsişmə toru nişanlanmasının təşkili Bakı Nəqliyyat Agentliyinin sifarişi əsasında həyata keçirilir. Report.az
Bakucity.az