Bakının məşhur stadionlarından birinin adı dəyişdirildi

Bakının məşhur stadionlarından birinin adı dəyişdirildi

Stadiona yeni ad verilib

Bakucity.az xəbər verir ki, “Səbail” Peşəkar Futbol Klubunun ev oyunlarını keçirdiyi “Bayıl Arena”nın adı dəyişdirilib. Stadion bundan sonra “ASCO Arena” adlanacaq.

Bununla bağlı paytaxt təmsilçisinin rəsmi saytı məlumat verib.

Bununla bağlı “Səbail” PFK, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) arasında müvafiq razılıq əldə olunub.

Razılaşma ilkin olaraq iki il müddəti əhatə edəcək.

Bakucity.az

Bayıl Arena
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər