Bakıda gənc qız oğlanı bıçaqladı

Bakıda gənc qız oğlanı bıçaqladı

Paytaxtda bıçaqlanma hadisəsi qeydə alınıb

Bakucity.az xəbər verir ki, aprelin 8-də, gündüz saatlarında 20 yaşlı paytaxt sakini Yusifov Anar Pirəli oğlu döş nahiyəsinin deşici bıçaq yaraları ilə 3 saylı Şəhər Kliniki xəstəxanasına daxil olub.

Bu barədə Oxu.az-a Nizami rayon Polis İdarəsindən məlumat verilib.

Araşdırma nəticəsində insidentin A.Yusifovun Nəsimi küçəsi, ev 2 ünvanında (evin qarşısında) gənclər arasında olan şəxsi münasibətlər zəminində baş verdiyi müəyyən edilib. 

25-ci polis bölməsinin əməkdaşları şübhəli şəxs qismində 18 yaşlı S.S.-ni saxlayıb (saxlanılan şəxsin adı hələlik açıqlanmır).

Bakucity.az

bıçaqlanma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər