Bakıda bu dövlət əmlakları özəlləşməyə çıxarıldı

Bakıda bu dövlət əmlakları özəlləşməyə çıxarıldı

Növbəti hərracın tarixi bəlli oldu

Bakucity.az xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlaklarının özəlləşdirilməsi üzrə növbəti hərrac 7 may tarixində təşkil olunacaq.

Komitədən verilən məlumata görə, budəfəki hərraca ümumilikdə 85 dövlət əmlakı çıxarılıb ki, onlardan bir qismi də Bakıda yerləşir.

Belə ki, paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsindəki qeyri-yaşayış binasının ümumi faydalı sahəsi 87.4 kv.m-dir. İlkin hərrac qiyməti 11 min 250 manat olan bu obyekt müxtəlif xidmət sahələri üzrə investora gəlir qazandıra bilər.

Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən isə 7-si paytaxtda yerləşir.

Bakucity.az

hərrac
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər