Bakıda intihar edən məktəbli ilə bağlı kimlər prokurorluğa çağırıldı? - FOTO

Bakıda intihar edən məktəbli ilə bağlı kimlər prokurorluğa çağırıldı? - FOTO

Elinanın intiharı ilə əlaqədar 2 şəxs prokurorluğa çağırıldı

Bakucity.az xəbər verir ki, paytaxtın 162 nömrəli məktəbində 8 sinif şagirdi Elina Hacıyevanın intihar faktı üzrə istintaq hərəkətləri davam etdirilir.

Bu gün Elina Hacıyevanın Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə başlamış cinayət işi üzrə şahidlərin və digər zəruri şəxslərin dindirilməsi məqsədilə istintaq hərəkətləri aparılıb. Bakı Şəhər Prokurorluğunda Elinanın rəfiqəsi Z.Ş (adı şərtidir) və anası  Leyla Şirinova ifadə veriblər.

İstintaq davam etdiyi üçün verilən ifadələr KİV-də açıqlanmır. Amma qızının rəfiqəsinin ölümündən hədsiz hiddətlənən ana Avvaz.org saytı vasitəsilə başladılan petisiyada məktəbin direktoru Sevinc Abbasovanın və Elinanı zəhərləyən müəllimlərin cəzalandırılmasını xahiş edib. Movqe.az

Bakıda intihar edən məktəbli ilə bağlı kimlər prokurorluğa çağırıldı? - FOTO, fotoşəkil-1 Bakıda intihar edən məktəbli ilə bağlı kimlər prokurorluğa çağırıldı? - FOTO, fotoşəkil-2 Bakıda intihar edən məktəbli ilə bağlı kimlər prokurorluğa çağırıldı? - FOTO, fotoşəkil-3

Bakucity.az

İntihar edən
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər