Bakıda avtoservisdən “Mercedes” oğurlandı

Bakıda avtoservisdən “Mercedes” oğurlandı

Hadisə 2 gün öncə baş verib

Bakucity.az xəbər verir ki, aprelin 8-də Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini R.Əliyev aprelin 7-də günorta satlarında Ə.Naxçıvani küçəsində yerləşən avtoservisdən “Mercedes” markalı avtomobilinin qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, 5-ci Polis Bölməsi və Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini Mübariz Abdullayev həmin avtomobillə birgə Q.Qarayev prospektində saxlanılıb.

Araşdırmalar aparılır.

Bakucity.az

oğurluq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər