“Azəriqaz” Bakı sakinlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı

“Azəriqaz” Bakı sakinlərini aldadan şəxslərlə bağlı xəbərdarlıq yaydı

Bu barədə birlikdən məlumat verilib

Bakucity.az xəbər verir ki, son günlər Bakı şəhərinin müxtəlif ünvanlarında, əsasən də Yasamal rayonu ərazisində özünü "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı kimi təqdim edən şəxs və ya şəxslər mənzillərdə quraşdırılmış smart-kart tipli qaz sayğaclarının üzərinə vurulmuş xüsusi nömrəli plombun yenilənməsi, batareyasının dəyişdirilməsi və ya smart kartların "vaxtının keçməsi” kimi bəhanələrlə həmin "problemlərin” aradan qaldırılması üçün vətəndaşlardan müəyyən miqdarda pul tələb edir.

Məlumata görə həmin şəxsər inandırıcı olması üçün qeyri-qanuni akt tərtib edərək abonentlərə təqdim edirlər. Bununla bağlı istehlakçıların nəzərinə çatdırılır ki, Birliyin işçiləri mənzillərdə yerləşən qaz sayğaclarına profilaktik baxış və xidmət göstərəcəyi zaman "Azəriqaz” İstehsalat Birliyinin əməkdaşı olduğunu təsdiq edən xidməti vəsiqə tələb edilməlidir. 

Birlik əməkdaşları tərəfindən yerlərdə göstərilən bütün xidmətlər ödənişsizdir və tərtib etdikləri xüsusi nömrəli aktlar sarı, qırmızı və göy rəngdə olmaqla üç nüsxədən ibarət tərtib olunur. Qırmızı rəngli akt abonentə təqdim edilir.

Sonda bir daha bildirilir ki, sadalanan qeyri-qanuni hallarla rastlaşan vətəndaşlar yaşadıqları ərazi üzrə müvafiq polis bölməsinə müraciət etməlidirlər.

Bakucity.az

azəriqaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər