Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA

Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA

Paytaxt klinikalarında ümumi və fərdi teropeftik “Chek-up” neçəyə başa gəlir?

Mütəxəssislər vaxtında aparılmayan profilaktikaların cəmiyyətdə qəfil ölüm saylarının artması ilə nəticələndiyini və bu halın son zamanlar ölkəmizdə tez-tez müşahidə olunduğunu deyirlər. Araşdırmalar isə sübut edir ki, səhiyyəsi inkişaf etmiş ölkələrin təcrübəsində mütamadi aparılan müayinələr – “Chek-Up”lar vasitəsi ilə insanların sağlamlıq problemləri vaxtında aşkarlanır və xəstəliklərin sayı azalır. Bakucity.az mövzunun daimi aktuallığını nəzərə alaraq bu dəfə Bakıda fəaliyyət göstərən bir sıra özəl klinikalarla əlaqə saxlayıb və teropeftik adlandırılan “Chek-Up” (ümumi və fərdi) müayinə paketlərindən yararlanmağın pasiyentlərə neçəyə başa gəldiyini öyrənməyə çalışıb. Materialı oxuculara təqdim edirik. 

Qiymətlər "Çheck-Up" müayinə paketinə daxil edilən xəstəliklərə görə dəyişir

“Müasir Diaqnostika Klinikası”

Klinikadan verilən məlumata görə, burada 40 yaşdan yuxarı pasiyentlər 828 manat ödəməklə ümumilikdə 50 müayinədən keçə bilərlərlər. 40 yaşadək olan ümumi müayinə paketinin qiyməti isə 298 manatdır. Bu paketə  də zəruri olan bütün müayinə və analizlər daxildir. Klinikanın sadə (fərdi) “Chek-Up” paketindən yararlanmaq isə 49 manatdır. Bu paketə daxildir teropeftin konsultasiyası, qara ciyər, öd kisəsi, mədəaltı vəz, dalağ müayinələri, EKQ, döş qəfəsinin rentgeni və qanın ümumi analizi.

“Baku Clinic”

Burada da “Chek-up”un qiyməti təqribən öncəki klinikadakı kimidir. 700 AZN ödəməlklə ümumi müayinədən keçmək mümkündür. Paketə qanın ümumi analizi, qanın laxtalanma müddəti, qanda şəkər, lipidlər – xolesterin, triqliseridlər, sidiyin ümumi analizi, nəcisin ümumi analizi, yaxmanın mikroskopiyası, xlamidiya, mikoplazma, ureaplazma, yaxmada qardnerella, HBsAg, HCV, Treponema pallidum İgG+İgM, HİV, billirubin (fraksiyaları), zülal (fraksiyaları), ALT, AST, QQT, qələvi fosfataza, qan qrupu və RH, revmo sınaqlar, kreatinin, qalıq azot, EKQ, EEQ, USM (ümumi - kişi / qadın), EXO, döş qəfəsinin rengenoqramması, mədə-bağırsağın rengenoqramması və həkim məsləhəti daxildir. 

“Istanbul Clinic”

Burada teropeftik “Chek-Up” müayinəsinin ümumi forması təqribən 400-450 manata başa gəlir. Paketə bütün zəruri müayinələr - rentgen, USM, ALT, AST, QQT, ürəyin kardioqramması və s. əlavə olunub. 

Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA, fotoşəkil-1
Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA, fotoşəkil-1

“Mərkəzi klinika”

Bu klinikada 18 yaşdan 40 yaşa qədər pasiyentlərə 150 AZN-lik, 40 yaşdan yuxarı olanlara isə 220 AZN-lik“Chek-Up” paketi təklif olunur. Paketlərə zəruri olan bütün müayinələr daxildir. 

“Bioloji Təbabət Klinikası”

Klinikanın əməkdaşı qeyd edib ki, sağlamlıq mərkəzində “Chek-Up”dan keçmək üçün posiyentlərə güzəş təklif olunur. Yəni 200 AZN ödəməklə ümumi paketdən yararlanmaq olar. Paketə qan analizləri, rentgen, EKQ, USM, labaratoriya xidmətləri və s. teropeftik müayinələr daxildir. Həkim isə müayinələrdən alınan nəticələrə görə təyin olunur. 

“Oksigen Klinik Xəstəxanası”

Oksigendə “Chek-Up” paketə daxildir teropeftin konsultasiyası, daxili orqanların USM-si, üst problemlər; qaraciyər, mədəaltı vəz, öd kisəsinin müayinəsi, infeksiyalar - B, C, qaraciyər analizləri, ağ ciyərin rentgeni, EKQ, şəkərin analizi, qanın və sidiyin ümumi analizləri və s. Qiymət 172 AZN. 

"ELMED"

Bu sağlamlıq ocağında fərdi “Chek-Up”un qiyməti 59 manatdır. Paketə qanın və sidiyin ümumi analizləri, qanın laxtalanma müddəti, qanda şəkər miqdarının yoxlanması, xolesterin, hepatitlər, ürəyin kardioqramması, həkimin qəbulu və s. əlavə olunub.

Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA, fotoşəkil-2
Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA, fotoşəkil-2

“Atlas Medical”

Tibb mərkəzində ümumi “Chek-Up” müayinə paketi 354-390 manat arasında dəyişir. Paketə USM (abdominal), USM (zob), EKQ, qanın, sidiyin və nəcisin ümümi analizləri, qanda şəkər və laxtalanma, prothrombin, Hepatit B,C indeksı, protrombin zamanı İNR, yaxmanın mikroskopiyası, terapevt, nevropatoloq, kardioloq və pediatr həkimlərin konsultasiyası daxildir. Məhs bu paketdən yararlanan hər bir pasiyent yanında bir şəxsi abdominal USM-dən ödənişsiz keçirə bilər. Əlavə olaraq pasientin laborator xidmətlərinə 10% endirim təqdim olunur. Fərdi paket isə 49 AZN-dir. Bu paketə qanın və sidiyin ümumi analizi, qanda şəkərin yoxlanılması, ürəyin kardioqramması, Hepatit C analizi, bütün qarın böşluğunun USM-si (qaraciyər, sidik kisəsi, mədəaltı vəz, öd kisəsi və s.), həmçinin üç həkim qəbulu daxildir. Həkimlərdən 2-si – teropeft və nervpotoloq klinika tərəfindən, 3-cü isə xəstənin istəyinə görə təyin olunur.

“New Med Hospital”

Hospitalda “Chek-Up” müayinə paketinin qiyməti 39 AZN-dir. Həkim qəbulu, qanın ümumi analizi, şəkərin yoxlanması, kardioqramma və qarın boşluğunun ümumi USM-si paketə daxildir. 

“Iran Clinic”

İran klinikasında “Chek-Up”un 30 manat qiyməti var. Paketə həkimin qəbulu, qarın boşluğunun ümumi USM-si, qanın və sidiyin ümumi analizləri, şəkərin təyini və kardioqramma daxildir. 

“Vital Klinika”

Təqdim edəcəyimiz son klinikada isə “Chek-Up” xidmətləri yalnız klinikanın 28 filialında həyata keçirilir. Burada pasiyentlər təqribən 20-30 AZN-ə fərdi müayinə paketindən  yararlana bilərlər. Paketə daxili orqanların USM-si, qara ciyər, öd kisəsi, mədəaltı vəz, böyrəküstü vəz, böyrəklər, sidik kisəsi və teropeftin müayinəsi daxildir. 

Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA, fotoşəkil-3
Bakı klinikalarında “Check-Up”; QİYMƏT – ARAŞDIRMA, fotoşəkil-3

“Chek-up” nədir?

"Chek-Up" (çekap) analizlər və USM müayinələr toplusu Ümumdünya Səhiyyə Təşkilatının hazırladığı diaqnostika proqramıdır. Proqram iki formada həyata keçirilir - ümumi və fərdi. "Chek-up" əsasən, kardioloji, uroloji, şəkərli diabet, qastroenteroloji, hamilə qadınlar üçün, uşaqlar üçün və ginekoloji olur. "Chek-up" proqramına həm analizlər, həm i daxildir. Bu müayinə növünə konsultasiyalar və terapevt, ginekoloq, uroloq, nevroloq, kardioloq, oftalmoloq, mammoloq məsləhəti də daxildir.

Klinik-laborator müayinələrə gəlincə, qeyd edək ki, "Chek-Up" daxilində konkret olaraq analiz və müayinələrin sayı müəyyənləşdirilməyib. 

Bakucity.az klinikalarda “Chek-Up”un təqribi qiymət cədvəlini təqdim edir:

Klinikalar

Qiymət

“Müasir Diaqnostika Klinikası”

49-298-828 AZN

“Baku Clinic”

700 AZN

“Istanbul Clinic”

400-450 AZN

“Mərkəzi klinika”

150-220 AZN

“Bioloji Təbabət Klinikası”

200 AZN

“Oksigen Klinik Xəstəxanası”

172 AZN

"ELMED"

59 AZN

“Atlas Medical”

49-354-390 AZN

“New Med Hospital”

39 AZN

“Iran Clinic”

30 AZN

“Vital Klinika”

20 AZN

Ramilə Qardaşxanqızı

Bakucity.az

Chek-Up
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan Ordusu Xankəndidə erməni ordusunun üç əsas nöqtəsini məhv edib. "Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu heç vaxt mülki şəxsləri hədəfə almır. Xankəndi və başqa şəhərlərə baxsaq, görərik ki, Ermənistan ordusu atəş nöqtələrini, hərbi obyektləri insanların yaşadıqları yerlərdə qoyurlar, oradan da Azərbaycanı hədəfə alırlar. Bu, terrorçuların istifadə etdikləri üslubdur". BakuCity.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin...
Cəmiyyət
Ermənistanın sabiq baş naziri Vazgen Manukyan müharibədəki məğlubiyyətə görə Ermənistan rəhbərliyini istefa verməyə səsləyib. BakuCity.az xəbər verir ki, V.Manukyan bəyanat yayaraq, Ermənistanın hazırda tarixin ən biabırçı səhifələrini yaşadığını bildirib. “Təkcə Qarabağın deyil, Ermənistanın və erməniliyin gələcəyi də təhlükə altındadır. Bundan xilas olmaq üçün hökumət bütün hakimiyyəti orduya verərək istefaya getməlidir, özü də bunu könüllü şəkildə etməl...
Cəmiyyət
Mütəxəssis orduya dəstək nümayiş etdirib.  "Bakı Mərkəzi Elektrotökmə" ASC-nin idarə heyətinin sədri Cavid Haşımov bir qrup könüllü mülki texniki mütəxəssislərdən ibarət olan komandası ilə müharibənin ilk günlərindən cəbhə bölgələrində zədələnmiş hərbi nəqliyyat vasitələrinin operativ səyyar təmirini təşkil edir, yenidən döyüş sıralarına qaytarır. BakuCity.az xəbər verir ki, bu təşəbbüs Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə dəstək olar...
Cəmiyyət
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti birgə bəyanat yayıb. BakuCity.az sözügüdən bəyanatı təqdim edir: “Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq yalnız adekvat tədbirlər görür. Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə v...
Cəmiyyət
Azərbaycanda koronavirusun bitəcəyi tarix açıqlanıb. Bu gün bütün dünyada, eləcə də Azərbaycanda koronavirusun ikinci dalğası yaşanır. Məhz buna görə də gündəlik yoluxma sayı artmaqdadır. Hətta bir neçə gün öncə yoluxanların sayı 950-yə yaxınlaşmışdı. Bu gün bir çoxlarını maraqlandıran məsələ koronavirusun nə zaman bitəcəyidir. BakuCity.az xəbər verir ki, bununla bağlı danışan professor Adil Qeybulla bildirib ki, insanlarımız karantin qaydalarına əməl etmə...
Cəmiyyət
"Azərbaycanın bu hərbi əməliyyatı tarixə düşəcək". BakuCity.az xəbər verir ki, bunu rusiyalı ekspert, jurnalist Maksim Şevçenko öz “Facebook” səhifəsində yazıb. O, Azərbaycan ordusunun uğurlarından və erməni qoşunları ilə silahlı toqquşmalarda qələbələrindən heyranlıq duyduğunu bildirib: “Azərbaycan ordusu Laçına yaxınlaşır. Erməni ordusunun müqavimət göstərməsi demək olar ki, mümkün deyil. Bu hərbi əməliyyat müharibələr tarixində yerini alacaq”. (metbuat....
Cəmiyyət
Ordumuz adekvat tədbirlər görür. Yeni humanitar atəşkəs rejiminə riayət edən Azərbaycan bütün cəbhə boyu düşmənin törətdiyi təxribatlara təmkinlə yanaşaraq, yalnız adekvat tədbirlər görür. BakuCity.az xəbər verir ki, bu haqda Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin birgə bəyanatında qeyd edilib: "Bundan istifadə edən Ermənistan isə cəbhənin müxtəlif istiqamətləri, xüsusilə də bərpa edilmiş dövlət sərhədləri üzrə vəziyyəti məqsədyönlü şəkildə gərginlə...
Cəmiyyət
Daxili İşlər Nazirliyi (DİN) koronavirus pandemiyası ilə bağlı əhaliyə müraciət edib. BakuCity.az həmin müraciəti təqdim edir: "Koronavirusla mübarizəmiz davam edir. Bu təhlükəli infeksiyanın mövcudluğunu bir an belə unutmamalı, özümüzü, doğmalarımızı və ətrafımızdakı insanları qorumalıyıq. Biz qorxunc virusa birlikdə, karantin qaydalarına riayət etməklə qalib gələ bilərik”. BakuCity.az
Cəmiyyət
Ermənistanın motoatıcı diviziyasının qərargah rəisi məhv edilib. Azərbaycan Ordusunun keçirdiyi fəaliyyətlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının ön idarəetmə məntəqəsi məhv edilib. Müdafiə Nazirliyindən BakuCity.az verilən məlumata görə, ölənlər arasında diviziyanın qərargah rəisi polkovnik Sergey Şakaryan da var. BakuCity.az