Bakıda daha bir məktəbli vəfat etdi

Bakıda daha bir məktəbli vəfat etdi

Hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır

Bakucity.az xəbər verir ki, hadisə fevralın 21-də 123 nömrəli tam orta məktəbdə baş verib. Belə ki, məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb. Bir qədər sonra özünü pis hiss deyən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib.

Məktəbə çağırılan təcili tibbi yardım briqadası İlkini şəhər xəstəxanalarından birinə aparıb. 20-21 gün xəstəxanada qalan İlkin Novruz bayramı ərəfəsində vəfat edib. 

Məsələ ilə bağlı sözügedən məktəblə əlaqə saxladıq. 123 nömrəli tam orta məktəbdən bildirilib ki, fevralın 21-də təxminən saat 12:00 radələrində məktəbin stadionunda futbol oynayan XI b sinif şagirdi Lətifov İlkin Mehman oğlu yıxılıb: 

"Bir qədər sonra özünü pis hiss etdiyini bildirən şagird sinif yoldaşlarının köməyi ilə məktəbin tədris binasına gətirilib. 

Məktəbdə tibb bacısının müayinəsindən sonra dərhal təcili tibbi yardım çağırılıb və şagird qapalı kəllə-beyin travması diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Martın 15-də şagirdin vəfat etdiyi barədə məlumat verilib. Ölüm xəbərindən sonra isə mərhumun sinif yoldaşları ilə zarafatlaşarkən xəsarət aldığı məlum olub. Nəticədə məktəbin 2 nəfər şagirdi şübhəli qismində nəzarətə götürülüb.

Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparılır". Qafqazinfo.az

Bakucity.az

məktəbli
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər