Bu barədə qadın sürücü məlumat verib
Bakucity.az xəbər verir ki, aprelin 8-də Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini olan qadın martın 30-da axşam saatlarında M.Həsənov küçəsində “Jeep” markalı avtomobilindən 500 manatlıq qızıl-zinət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Ə.Allahverdiyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma davam edir.
Bakucity.az