Bakıda 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsin məhkəməsi başlandı

Bakıda 85 yaşlı kişini kəlbətinlə öldürən şəxsin məhkəməsi başlandı

Qətl hadisəsi ötən il baş verib

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Sakit Mirzəyevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Hakim Əliövsət Abbasovun sədrliyi ili ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

S.Mirzəyev 2003-cü ildə oğurluq ittihamı ilə həbs olunduğunu və 2008-ci ilədək isə azadlığa çıxdığını bildirib.

Məhkəmənin baxış iclası aprelin 15-nə təyin edilib.

Hadisə ötən il avqustun 20-də Sabunçu rayonunda baş verib. 1933-cü il təvəllüdlü Tağı-zadə Əkrəm Hüseyn oğlu Yeni Ramana qəsəbəsindəki torpaq sahəsində tikintisi yarımçıq qalmış evdə qətlə yetirilib.

Məhkəmə-tibbi ekspertiza ölmüş şəxsin başına küt alətlə zərbə endirildiyini müəyyən edib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis sözügedən qəsəbənin sakini, qətlə yetirilmiş şəxsin qonşusu, 1982-ci il təvəllüdlü Mirzəyev Sakit Bəhlul oğlunu saxlayıb.

İstintaq zamanı məlum olub ki, S.Mirzəyev 85 yaşlı kişini kəlbətinlə öldürüb.

Bakucity.az

məhkəmə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər