Yeni təmirdən çıxmış Babək prospektində yenidən çökmə olub
Bakucity.az xəbər verir ki, yolun bir hissəsindəki çökəklik yoldan istifadə edənlərə çətinliklər yaradır. Sürücülər avtomobili çökəkliyə salmalı olurar, ya da ani manevr etməklə qəza şəraiti yaradırlar.
Görüntülər bir neçə ay öncə təmir edilən Babək prospektindəndir.
Sürücülərin dediyinə görə, yoldaki maneədən yayınmaq üçün əksər sürücü avtomobilini ani olaraq sağa sola çəkməli olur, nəticədə digər sürücülər üçün qəza şəraiti yaranır. Axşam qaranlıq saatlarında isə çuxuru görmək daha da çətinləşir.
Məsələylə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət agentliyindən bildirilib ki,əraziyə baxış keçiriləcək və problem aradan qaldırılacaq. "Xəzər Xəbər"
Bakucity.az