Bakının mərkəzindəki tıxacı azaltmaq üçün bu yeniliklər ediləcək

Bakının mərkəzindəki tıxacı azaltmaq üçün bu yeniliklər ediləcək

Layihə çərçivəsində müəyyən edilən yerlərdə işlər görülür

Bakucity.az xəbər verir ki, paytaxtın əsasən mərkəzi hissəsini əhatə edən 74 yol kəsişməsində nəqliyyat şəraitinin yaxşılaşdırılmasını nəzərdə tutan pilot layihənin icrasına başlanılıb.

Məlumata görə, layihənin birinci mərhələsində işlər M.Füzuli, Ş.Bədəlbəyli, M.Əliyev, R.Behbudov, S.Vurğun, D.Əliyeva, S.Rəhimov küçələri və Bülbül prospektinə aid 20 kəsişmədə həyata keçiriləcək. Layihə çərçivəsində müəyyən edilən yerlərdə yeni yol nişanları qoyulacaq, çatışmazlıqlar aradan qaldırılacaq. Mövcud yol nişanları isə yenilənəcək, parklanma yerləri nəzərdən keçiriləcək və hərəkət istiqamətləri təkmilləşdiriləcək. Zəruri yerlərdə isə sarı kəsişmə toru nişanlanması təşkil olunacaq.

Artıq M.Füzuli və S.Vurğun küçələrinin kəsişməsində sarı kəsişmə toru nişanlanması təşkil edilib. İşlər davam edir.

İlkin hesablamalara əsasən 74 yol kəsişməsi layihəsinin icrasından sonra şəhərin mərkəzi küçə və prospektlərində nəqliyyatın hərəkəti yaxşılaşacaq. Bu isə şəhərdə tıxac probleminin aradan qaldırılması baxımından əhəmiyyətlidir. Qafqazinfo

Bakucity.az

yol
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər