Dollarla kredit götürən şəxslərə vacib xəbər: Mexanizmdə dəyişiklik ediləcək

Dollarla kredit götürən şəxslərə vacib xəbər: Mexanizmdə dəyişiklik ediləcək

Problemi aradan qaldırmaq üçün təkliflər hazırlanıb

Bakucity.az xəbər verir ki, dollarla götürülmüş kreditlər üzrə kompensasiyanın verilməsi mexanizmində dəyişiklik ola, zaminlərə kompensasiyanın verilməsi qaydalarına yenidən baxıla bilər.

Hazırki qaydalara əsasən kompensasiya kredit rəsmiləşdirilən şəxsin hesabına köçürülür. Reallıqda borcu ödəyən zaminin həmin vəsaiti geri alması isə olduqca çətindir. Problemi aradan qaldırmaq üçün təkliflər hazırlanıb.

Hazırki qaydalara hansısa vətəndaş kredit götürüb onu ödəyə bilmirsə, yaranan borcu zamin qayatarmalı olur. Həmçinin, qaydalara görə, kompensasiyanın borcu realliqda qaytaranın deyil, krediti götürən şəxsin hesabına köçürülməsi nəzərdə tutulur.

Mövcud ödəniş mexanizminə əsasən zaminin həmin vəsaiti almasinda çətinlik yarana bilər. Həmin vəsaitin zaminə ödənilməsi üçün borcun onun tərəfindən ödənildiyini təsdiq edən məhkəmə qərarina ehtiyac var.

İqtisadçı ekspert Vüqar Bayramovun hazırladığı təkliflərə əsasən kredit borcunu ödəmiş zaminlərə məhkəməyə müraciət etmək üçün zaman müəyyənləşdirilməlidir.

Təkliflər artıq aidiyyatı qurumlara göndərilib və müzakirə mərhələsindədir.

Bakucity.az

kredit
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər