Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yandı - YENİLƏNİB

Bakıda məcburi köçkünlərin məskunlaşdığı yataqxana yandı - YENİLƏNİB

Bir nəfər özünü yanan binadan atıb

Bakucity.az xəbər verir ki, paytaxtın Babək prospektində yerləşən və məcburi köçkünlərin yaşadığı yataqxana yanıb.  

Hadisə yerinə FHN-nin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Səhiyyə Nazirliyindən Oxu.az-a bildirilib ki, hadisə yerinə 2 təcili yardım briqadası göndərilib:

“Yataqxanadakı yanğın zamanı 45 yaşlı kişi qorxudan özünü binadan atıb. Hazırda həmin şəxs xəstəxanaya aparılıb”.

Fövqəladə Hallar Nazirliyindən isə qeyd olunub ki, hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları və xilasedicilərin səyi nəticəsində yanğın hadisəsinin qarşısı alınıb.

Xilasedicilər yataqxanada köməksiz vəziyyətdə qalmış 2 nəfəri xilas edib, 1 nəfər isə özünü yataqxananın 5-ci mərtəbəsindən atıb.

Alınan məlumata görə, ümumilikdə 7 nəfərə, 3 kişi, 3 qadın və 1 uşağa həkimlər yerində yardım göstəriblər.

Bakucity.az

yanğın
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər