Yanğında ölənlər olub
Bakucity.az xəbər verir ki, bu il martın 6-da Bakı şəhəri, Nərimanov rayonu, Malik Məmmədov 12 ünvanında yerləşən yataqxanada baş verən yanğının hadisəsinin qəsdən törədildiyi məlum olub.
Bununla bağlı jurnalistlərə açıqlamasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev məlumat verib.
Onun sözlərinə görə, faktla bağlı cinayət işi başlanılıb.
Sözügedən yanğın hadisəsi nəticəsində 2 nəfər dünyasını dəyişib, 6 nəfər isə xəsarət alıb.
Bakucity.az