Bakı şəhəri üzrə “Azəriqaz”da yeni abonent qeydiyyatı aparıldı

Bakı şəhəri üzrə “Azəriqaz”da yeni abonent qeydiyyatı aparıldı

Paytaxtda yeni abonentlər qeydiyyata alınıb

Bakucity.az xəbər verir ki, 2019-cu ilin birinci rübü ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 29 972 yeni abonent qeydiyyata alınıb ki, bunun da 13 595-i Bakı, Abşeron və Sumqayıt üzrədir.

Yeni abonentlərin sayının artmasında abonent bazasının daha da genişləndirilməsi istiqamətində işlərin aparılması, yaşayış məntəqələrinin qazlaşdırılması və qaz təminatının bərpa edilməsi, təbii qaz verilmiş ərazilərin genişlənən hissələrindəki fərdi yaşayış evlərinin qazlaşdırılması olub.

Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə abonentlərin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaz kəmərlərinin yenidən qurularaq şəbəkənin genişləndirilməsi istiqamətində görülən işlər isə müsbət nəticələnib.

Bakucity.az

azəriqaz
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər