Bakıda ictimai dəniz nəqliyyatı olacaqmı? – ARAŞDIRMA

Bakıda ictimai dəniz nəqliyyatı olacaqmı? – ARAŞDIRMA

Paytaxtımızda  daxili sərnişin daşımalarının həyata keçirilməsi mümkündürmü?

Bakının yaxşı beynəlxalq dəniz limanına malik olması Şərq-Qərb və Şimal-Cənub nəqliyat dəhlizi üzrə tranzit daşımalarını reallaşdırmağa imkan verir. Lakin bu liman daxli sərnişin daşımalarını həyata keçirmir. İstanbul, İzmir, neapol kimi şəhərlərdə turistlər və yerli sakinlər arasında məşhur olan bu praktidadan illərdir ki, istifadə edirlər. Əgər paytaxtımızda bu cür ictimai nəqliyat vasitəsi istifadəyə verilsə necə olar? Bu gün  Bakucity.az bunun mümkünlüyünü və hansı üstünlüklər yarada biləcəyini araşdırıb.

Ekspert: “Bunun üçün bizim yaxşı dəniz limanımız var”

Azərbaycanın TRACECA-da katibi, nəqliyat və lojistika üzrə ekspert Akif Mustafayev bu situasiyanı şərh edərkən bildirdi ki, bu məsləyə hal-hazırda baxılır. Bu isə o deməkdir ki, hər halda  yaxın vaxtlarda şəhrimizdə yeni növ ictimai nəqliyyat peyda olacaq:

“Xəzər dənizin qərb və şərq sahiilləri arasında daxili ictimai nəqliyyatın yaradılması planlaşdırılır və münasib katerlərin əldə edilməsi gözlənilir. Bundan başqa, xüsusi turist marşutları təşkil ediləcəkdir”.

Ekspertin sözlərinə görə, bu nümunə analoji marşurutların planlaşdırıldığı qonşu Rusiyadan götürülüb.  

“Rusiya Astaradan keçən və bütün Xəzəryanı ölkələri əhatə edən turist səfərləri təşkil etməyi planlaşdırır. Buna görə də, bizim ölkədə də belə marşurutun yaradılması haqqında qərar qəbul olunub. Bunun üçün bizim yaxşı dəniz limanımız vardır. Amma bunun bu il yoxsa gələn il olacağını demək hələlik çətindir”.

A. Mustafayev vurğulayır ki, belə tip nəqliyat tək turist istiqamətlərdə deyil, adi sərnişin daşımalarında da kifayət qədər gəlirlidir.

Müsbət və mənfilər

Ekspertin fikrincə, bu nəqliyyatın əsas üstünlükləri çox tutumlu və sürətli olmasındadır:

“Məsələn, Əhmədlidə yarım milyona yaxın əhali yaşayır. Onlar çox çətinliklə və artıq xərclə işə gedirlər. Şəhərə gəlmək üçün 3 marşrut dəyişənlər var. Nəqliyat kateri olsa bir bərəylə Əhmədlidən şəhərin mərkəzinə 15 dəqiqəyə çatmaq olar. Bu ilk növbədə əhaliyə, həmçinin dəniz daşıyıcılarına sərfəlidir”.

Bakıda ictimai dəniz nəqliyyatı olacaqmı? – ARAŞDIRMA, fotoşəkil-1

Ekspertin qeyd etdiyi kimi, layihənin həyata keçirilməsi üçün yüksək tutumlu katerlər almaq, marşurutları planlaşdırmaq və yüksək təhlükəsizliyin qayğısına qalmaq lazımdır. Hazırda sözügedən istiqamətlərdə işlər aparılır.

“Cənab Prezdent əhalinin rahatlığının qayğısına qaldığına görə, bu məsələnin həllində çox maraqlıdır. Hamıya məlmdur ki, pik saatlarda metro və aftobuslarda çox adam olur. İnsanlar az qalsın bir-birlərini tapdalıyırlar. Yarım saat nəqliyyat gözləmək lazım gəlir ki, bu da sonsuz stresslər yaradır. Axşam də eyni vəziyyət təkrarlanır. Dəniz daşınmaları yerüstü və yeraltı nəqliyyatın yükünü azaldar və xəzinəyə yaxşı gəlir gətirər”.

Ekspertin deiyi  kimi belə nəqliyyatda gediş haqqı nə qədər olacağı və hansı üsulla – kart və ya nağd ödəniləcəyi haqqında danışmaq hələ tezdir.

"Bu bərələr rahat olmalıdır. Təbii ki, gediş haqqı da büdcəyə uyğun olmalıdır. Əks halda  xidmətdən nə turistlər, nə də yerli əhali  istifadə etməyəcək, onda layihə zərərli olmaq riski ilə üzləşəcək. Burada dəqiq hesablamaq lazımdır: - elə qiymət olsun ki, həm sərnişinlər, həm də dəniz şirkəti razı qalsınlar".

Bir çox kriteriyalardan da göründüyü kimi bu sərfəli layihədir. Eləsə bəs niyə bu məsələyə yalnız indi baxılır? Mustafayev sualımıza cavab olaraq bildirdi ki, əvvəllər dövlətin əsas marağı dənizdə tranzit daşımalara idi:

“Əsas diqqət tranzit daşımalara yönəlmişdi. Məlumdur ki, o dövlətləri iqtisadi cəhətdən əlaqələndirir və yaxşı gəlir gətirir. Bununla yanaşı, Türkmənbaşı-Bakı, Aktau-Bakı kimi beynəlxalq sərnişin daşımaları həmişə olub”. 

Ekspert dəniz daşımalarını çətinləşdirən yeganə çatışmazlığın pis hava şəraitinin təsiri olduğunu bildirir:

“Təbii ki, çətin hava şəraitlərində bərə daşımaları həyata keçirilmir. Prinsipcə bu normal qəbul olunur və hər yerdə belədir. Amma, bu nəqliyyatın üstünlükləri çatışmazlıqdan çoxdur”, deyə A.Mustafayev fikrini tamamladı.

Beləliklə, yaxın zamanlarda  Bakıda ictimai nəqliyyatın ən geniş yayılan növlərindən birinin fəaliyyətə başlayacağını aydınlaşdıra bildik. Ola bilər ki, yollarda tıxacın azalması və insanların təyinat məntəqələrinə tez çatması məhz bu yolla mümkünləşəcək. Bizə yalnız nəqliyyat katerlərinin nə vaxt işə başlayacağını gözləmək qalır, onun nə qədər effektiv olacağını isə zaman göstrərəcək.

Züleyxa İsmayılova

Bakucity.az

dəniz nəqliyyatı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər