Aparılan yenidənqurma işləri ilə əlaqədar su olmayacaq
Bakucity.az xəbər verir ki, Bakı şəhəri Suraxanı rayonu ərazisində içməli suyun verilməsində fasilələr yaranacaq.
Bu barədə Oxu.Az-a “Azərsu” ASC-dən məlumat verilib.
Məlumata görə, magistral xətlərdə aparılan yenidənqurma işləri ilə əlaqədar gün ərzində Yeni Günəşli yaşayış massivinə, Suraxanı və Qaraçuxur qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Bakucity.az